Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...

Rusiya ilə müəyyən müstəvilərdə əməkdaşlıq, Aralıq dənizində Yunanıstanla kəllə-kəlləyə gəlmək Türkiyənin Avropa ilə münasibətlərini pisləşdirib. Amma Qərb Ankaranın əhəmiyyətini yaxşı anlayır. Buna görə münasibətlərin yaxşılaşması gözləniləndir.

Bizimyol.info xəbər verir ki, Almaniyanın Xarici İşlər naziri Hayko Mas bu haqda danışıb. O, Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyindən söz açıb. Mas türkiyəli həmkarı Mevlud Çavuşoğlu ilə Berlin görüşündə bu məsələni xüsusi qabardıb.

Almaniyanın Xarici İşlər naziri Avropa İttifaqının Türkiyəyə böyük önəm verdiyini gizlətməyib. O, ötən ilin ittifaqla Ankara arasında münasibətlər baxımından asan keçmədiyini bildirib. Amma Mas vəziyyətin dəyişməli olduğunu deyib.

Nazirlərin görüşündə suriyalı miqrantlar məsələsi xüsusi müzakirə mövzusu olub. Elə Masın Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa eyhamı da Ankaranın əhəmiyyətindən xəbər verir. Çünki Avropanın miqrant siyasətində Türkiyə amili çox önəmli yer tutur. Bizim qardaş ölkə milyonlarla miqranta qucaq açır. Ankara Asiyadan Avropaya üz tutanlara dayanacaq, bir çox hallarda isti yuva rolunu oynamaqdan usanmır. Türkiyə bu qədər məsuliyyət üzərinə götürməsə, Avropa İttifaqı daha böyük əziyyət çəkər.

Mas Çavuşoğlu ilə söhbətində Rusiyanın BMT-nin Təhlükəsizlik Şurasının qaçqınlarla bağlı uyğun qərarına əngəl törətməsindən gileylənib. Alman nazir Türkiyənin ortaya qoyduğu mövqedən razılıq ifadə edib.

Çavuşoğlu Mas qədər təmkinli danışmayıb. O, Avropa İttifaqını miqrant razılaşmasına əməl etməməkdə qınayıb. Türkiyəli nazir deyib ki, Brüssel 2016-cı ildə üzərinə götürdüyü gömrük ittifaqının modernləşdirilməsi və viza qaydalarının liberallaşdırılması öhdəliklərini yerinə yetirmir. Çavuşoğlu başqa iradlar da səsləndirib. Nazir bildirib ki, Avropa İttifaqı suriyalıların qəbulu ilə bağlı humanitar sistem yaratmalıydı.

Türkiyə ilə münasibətlərin yaxşılaşması prosesinə apreldən start verilib. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Ankara səfəri də bu niyyətə xidmət edirdi. Brüssel iyun sammitində Türkiyə ilə münasibətlərə yenidən baxmaq məsələsini ön plana çıxaracaq.

Son xəbərlər
Bütün xəbərlər »