Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəncədə narkotik satman şəxs saxlanılıb
Heroin

Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nətcəsində qara bazarda qiyməti təxminən 70.000 manat olan, külli miqdarda narkotik maddə heroin və tiryək dövriyyədən çıxarılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, satış məqsədi ilə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elsevər Nəbiyev şəhər ərazisində saxlanılaraq ŞBPİ-yə gətirilib. Onun üzərinə baxış keçirilən zaman bir ədəd kağız bükümdə, çəkisi 3 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin şəhər ərazisindəki mənzilinə baxış keçirilən zaman, oradan sellofan torbada, çəkisi 1 kq 30 qram narkotik maddə heroin və sellofan bükümdə çəkisi 609 qram narkotik vasitə tiryək aşkar edilib.

Götürülən maddi sübutlar ekspertiziyaya təqdim edilib. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitə istifadə etdiyini və satdığını bildirib. E.Nəbiyev barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› İki övladı olan şəhidin ailəsi Bakıda yeni ikiotaqlı mənzillə təmin edilib
››› Nazir müavini əlilliyin hansı hallarda ömürlük müəyyən olunacağını açıqlayıb
››› “Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər” – Qərb mətbuatı
››› Rusiyada təyyarə qəzası: ölənlər və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »