Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəkidə narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb
Narkotik

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şəhər sakini Şahin Nəsirovdan şəxsi axtarış zamanı 5 qramdan artıq qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun qəbiristanlıq ərazisində narkotik vasitə gizlətdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman oradan sellofan torbada 490 qram qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. İstintaq zamanı Ş.Nəsirovun rayon sakini Teymur Mirzəyevə də 20 manat müqabilində narkotik vasitə satdığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› İki övladı olan şəhidin ailəsi Bakıda yeni ikiotaqlı mənzillə təmin edilib
››› “Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər” – Qərb mətbuatı
››› Melikyan “Şuşa Bəyannaməsi” barədə: “Rusların Qarabağda uzun müddət qalması şübhəli görünür”
››› Qarabağ münaqişəsini kimlər yenidən başlatmaq istəyir?..
››› Rusiyada təyyarə qəzası: ölənlər və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »