Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bill Geyts koronavirus əleyhinə peyvəndləri bəşər tarixindəki ən böyük elmi nailiyyət adlandırıb
Bill Qeyts

“Microsoft”un qurucusu Bill Qeyts koronavirus əleyhinə yaradılmış peyvəndləri bəşər tarixindəki ən böyük elmi nailiyyət hesab edib.

Bu barədə “Handelsblatt” qəzetinə müsahibəsində bildirib.

Avropa səhiyyə komissarı "AstraZeneca" peyvəndini effektiv preparat adlandırıb

Türkiyəli ziyalı Talip Geylan: “Qırmızıdərililərin qətli üzərində qurulan ABŞ tarixi həqiqətləri dəyişdirə bilməz”

Latviya parlamenti qondarma “erməni soyqırımı”nı tanıyıb

Mütəxəssis deyib ki, COVID-19 peyvəndləri bu il pandemiyaya qalib gələcəyimizə böyük ümid verdi: “Peyvəndlər bəşər tarixinin ən vacib üç yenilikdən biridir. Onlardan ikincisi,mikroprosessorun ixtirasıdır. Bu, nəticədə fərdi kompüteri mümkün etdi, kompüter elmində inqilab yaradaraq, son 50 ildə təsirli bir yenilik dalğasını başlatdı”.

Üçüncü yenilikdən danışan Bill Qeyts əlavə edib ki, nisbətən yaşıl inqilab 1940-1970-ci illərdə kənd təsərrüfatı sahəsində baş verdi: “Amerikalı aqronom və selleksiya mütəxəssisi Norman Borlauqun kəşfi dünya kənd təsərrüfatı məhsullarının həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb oldu. Bundan əvvəl bütün dünya əhalisi üçün kifayət qədər qida istehsalının necə mümkün olduğunu təsəvvür etmək mümkün deyildi. Borlauqun ortaya qoyduğu iş, müxtəlif təxminlərə görə, 1 milyarddan çox insanı aclıqdan qurtardı”.

Sonda COVID-19 üçün dərmanların hazırlanmasına toxunan “Microsoft”un qurucusu vurğulayıb ki, əvvəllər heç vaxt elm adamları bu qədər qısa müddətdə təsirli peyvənd yaratmayıb: “Görünən odur ki, gələcəkdə koronavirusla bağlı elm adamları və şirkətlər bir-biri ilə daha yaxşı işləyə biləcək”.(apa)

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› İki övladı olan şəhidin ailəsi Bakıda yeni ikiotaqlı mənzillə təmin edilib
››› Melikyan “Şuşa Bəyannaməsi” barədə: “Rusların Qarabağda uzun müddət qalması şübhəli görünür”
››› “Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər” – Qərb mətbuatı
››› Qarabağ münaqişəsini kimlər yenidən başlatmaq istəyir?..
››› Rusiyada təyyarə qəzası: ölənlər və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »