Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: “Misirin Fələstinə yaxından dəstək verməsini gözləyirik”
Çavuşoğlu: “Misirin Fələstinə yaxından dəstək verməsini gözləyirik”

“Fələstində seçkilərin 2006-cı ildə olduğu kimi, demokratik və şəffaf keçiriləcəyindən əminik. Seçkinin tarixi açıqlandığı zaman Türkiyə olaraq bu seçkilərin beynəlxalq standartlar çərçivəsində demokratik keçirilməsi üçün hər cür dəstək verməyə hazırıq”

APA-nın xəbərinə görə, bunu Ankarada rəsmi səfərdə olan Fələstinin Xarici İşlər naziri Riyad Əl-Maliki ilə birgə keçirilən mətbuat konfransında Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir deyib ki, həmkarı ilə 2021-ci il içində Ramallahda Türkiyənin Fələstinlə ortaq komitəsinin toplantısının keçiriləcəyi haqqında müzakirə aparıb.

M.Çavuşoğlu Fələstinə həm iqtisadi, həm də pandemiya dönəmində səhiyyə dəstəyinin davam edəcəyini vurğulayıb.

Misirlə siyasi danışıqları xatırladan nazir bildirib ki, Türkiyə Afrikada, Yaxın Şərqdə islam və ərəb dövləti olaraq Misirə böyük əhəmiyyət verməklə yanaşı, ölkəsinin Misirdən Fələstinə də yaxından dəstək verməsini arzulayır.

Son xəbərlər
Bütün xəbərlər »