Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT baş katibi: "Yeni soyuq müharibədən çəkinməliyik"
BMT baş katibi: "Yeni soyuq müharibədən çəkinməliyik"

“Dünyanın aparıcı gücləri nəyin bahasına olur-olsun yeni bir soyuq müharibəyə sürüklənməməlidir”.

APA-nın verdiyi xəbərə görə, bu barədə BMT-nin baş katibi Antonio Quterreş üzv dövlətlərin təmsilçiləri ilətəşkilatın növbəti rəhbərinin seçilməsi ilə bağlı görüşündə deyib.

"Yeni bir geostrateji bölgünün və aparıcı güclər arasında münasibətlərin pozulmasının təhlükəsi barədə xəbərdarlıq etmişəm. Bu, ən çox ehtiyac duyulduğu anda beynəlxalq əməkdaşlığı çox çətinləşdirəcək.Nəyin bahasına olursa olsun, yeni bir soyuq müharibədən çəkinməliyik", - BMT baş katibi vurğulayıb.

Qeyd edək ki, yayda BMT baş katibliyinə keçiriləcək seçkilərə hələ ki yeganə namizəd hazırkı baş katib Antonio Quterreşdir.

Son xəbərlər
Bütün xəbərlər »