Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
“Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”

Zəngəzurda sərhədlərin delimitasiyası tam başa çatmayıb. Proses Ermənistan cəmiyyəti üçün çox ağrılı davam edir. Buna əmin olmaq üçün ölkə mətbuatını azacıq müşahidə etmək kifayətdir. Zəngəzur haqda yazılara xüsusi həssaslıq hiss olunur.

Bizimyol.info xəbər verir ki, Ermənistan Sərhəd Qoşunlarının keçmiş komandanı Armen Abramyan mətbuat konfransında delimitasiya prosesinin düzgün aparılmadığını bildirib. O, ümumiyyətlə, prosesi delimitasiya və ya demarkasiya adlandırmağın mümkünsüzlüyünü dilə gətirib. Abramyan Ermənistanın Azərbaycanla 2021-ci il fevralın 9-dan Araz çayından Zoda qədər tamamilə yeni sərhədlərinin yarandığını deyib.

“Delimitasiya üçün Xarici İşlər Nazirliyinin kuratorluğu ilə dövlətlərarası komissiya yaradılmalıydı. Bu hər şeydən əvvəl diplomatik işdir. Burada Geodeziya İnstitutunun əməkdaşları da iştirak etməlidir. Sərhədlərin müəyyənləşdirilməsini heç bir halda hərbçilərin öhdəsinə buraxmaq olmaz. Bu, xoşagəlməz nəticələrə gətirib çıxara bilər”.

Abramyan Ermənistanın ümumi sahəsi barədə dəqiq fikir söyləmək çətin olduğunu deyib: “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”.

Ermənistan Xarici İşlər naziri Ara Ayvazyan bir neçə gün əvvəl sərhədlərin yenidən müəyyənləşməsi haqda danışmışdı. O, belə prosesdən söhbət getmədiyini demişdi. Ayvazyan bildirmişdi ki, demarkasiya Azərbaycanla diplomatik əlaqələrin qurulmasından sonra baş tuta bilər. Hərçənd, Ermənistan mətbuatı Zəngəzurda torpaqların bir hissəsinin bizə təhvil verilməsindən açıq yazır. Şurnuxu, Ərəvus kimi kəndlərdə yeni sərhəd müəyyənləşib. Ermənistan jurnalistləri Tex kəndində Azərbaycan ordusunun postlarını qurduğunu yazmışdı. Ərəvus kəndində də problem də yaşanmışdı. Kəndin yerli icmasının rəhbərliyi Azərbaycan hərbçilərin yerli çobana fiziki güc tətbiq etdiyini bildirmişdi. Onun iddiasına görə, örüş yerini doğru seçməyən çobanın gözünün altını qaraltmışdılar.

Hiss olunur ki, Ermənistan hakimiyyəti ictimaiyyətə həqiqəti çatdırmaqdan çəkinir. Ara Ayvazyan sərhədlərin yenidən müəyyənləşməsi ilə bağlı rəsmi iş aparılmadığını desə də, gerçəyi gizlətmək olmur. Yerli bələdiyyələr mətbuata açıqlamalarında prosesin davam etdiyini deyirlər. Ermənistanın işğaldan sonra Sünik (Zəngəzur) vilayətinin ərazisinə qatdığı Qarabağ torpaqları geri qaytarılır.

Son xəbərlər
Bütün xəbərlər »