Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib

Mayın 7-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamdan irəli gələrk “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın alt İşçi Qruplarının rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

Bizimyol.info xəbər verir ki bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, iclasda "2021-2025-ci illərdə Sosial-iqtisadi inkişaf strategiyası"nın hazırlanması ilə bağlı verilmiş müvafiq tapşırıqların icra vəziyyəti, alt işçi qrupları tərəfindən görülən işlər və təqdim edilən alt-məqsəd və hədəflər, qarşıda duran vəzifələr və digər məsələlər müzakirə olunub.

Son xəbərlər
Bütün xəbərlər »