Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir hərbçimizin şəhid xəbəri gəldi
Şəhid

Həyata keçirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçu tapılaraq, şəxsiyyəti müəyyənləşdirilməklə, meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.

Bizimyol.info xəbər verir ki, Hərbi Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətinin müəyyən edilməklə, doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilir:

"Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılması istiqamətində müntəzəm iş aparılır.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər Vəkilov Elməddin Nizami oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır. Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik".

Paylaş »
››› ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"
››› Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› German Kulikovski: “Ermənistan Qərbə yönələcək, Rusiya Qarabağdan çıxarılacaq”
››› Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
Son xəbərlər
Bütün xəbərlər »