Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentin müsahibəsi rekord qırdı
İlham Əliyev

Çox uzaq tarix deyil. İkinci Qarabağ Müharibəsi günləri idi. Ön cəbhədə ağır döyüşlər gedirdi; Azərbaycan Ordusu şəhər və kəndlərimizi erməni işğalçılarından azad edirdi.

Təbii ki, ordunun başında Ali Baş Komandan vardı; əməliyyat planlarını təsdiq edirdi, döyüş tapşırıqlarınln icrasına nəzarəti həyata keçirirdi. Ancaq İlham Əliyev eyni zamanda Ermınistana, dünya erməniliyinə, onların arxasında duran bütün güclərə qarşı informasiya müharibəsinin də komandanı idi. Müharibənin gedişində dünyanın elə bir aparıcı media orqanı qalmadı ki, Prezidentdən müsahibə almasın. Türkiyənin və Rusiyanın bütün aparıcı media quruluşları İlham Əliyevdən müsahibə götürdülər. Azərbaycana simpatiyası olan qonşu və dost dövlətlərin media orqanlarını sadalamaq çox vaxt və yer tutar. Biz Azərbaycana dostca baxmayan, hətta neytrallığını qorumayan media orqanlarına xüsusi olaraq yer ayırmaq istərdik. İspaniyanın EFE informasiya agentliyindən tutmuş Fransanın Fuqaro qəzetinə, İtaliyanın La Reppublika qəzetindən, RAİ-1 telekanalına, Almaniyanın ARD kanalından başlamış Yaponiyanın Nikkei qəzetinə, Frans-24-dən tutmuş Sky News, Euronews, Bi-Bi-Ci, CNN İnternational, "Əl Ərəbiyyə", "Əl Cəzirə" kimi böyük media quruluşlarına qədər geniş spektr var. Bu, müharibə günlərində Prezident İlham Əliyevdən müsahibə almış media orqanıarının siyahının hələ yalnız kiçik bir hissəsidir. Biz hələ Prezidentin yerli və xarici jurnalistlər üçün keçirdiyi və 4 saatdan çox davam edən, müddətinə, verilən sualların və cavabların sayına görə rekord qıran mətbuat konfransını demirik. İlham Əliyevin bu mətbuat konfransında 4 dildə suallara cavab verməsi də bir ayrı fenomenal fakt olmuşdu.

Prezident Əliyev həmin dönəmdə, demək olar, hər gün xarici media təmsilçiləri ilə görüşürdü. onlara Azərbaycanın mövqeyini və real vəziyyəti izah edirdi. Həmin o media quruluşlarının bir çoxu dəfələrlə Azərbaycanın, onun rəhbərliyinin haqqında müxtəlif səpkili tənqidi materiallar da dərc ediblər. Bir çox hallarda Ermənistanla Azərbaycan arasında keçmiş münaqişə ilə bağlı erməni lobbisinin birbaşa diqtəsilə yazıblar, verilişlər hazırlayıblar. Bir sözlə, artıq keçmişdə qalmış həmin münaqişə ilə bağlı bir çox Qərb dövlətləri və beynəlxalq təşkilat təmsilçiləri kimi media quruluşları da qeyri-obyektiv, bəzən də açıq qərəzlli mövqe tutmuşdular. Elə o cür qərəzli mövqe həmin qərəzli media orqanlarının jurnalistlərinin suallarında da əksini tapırdı. Misal üçün, Almaniyanın ARD kanalının, eləcə də, İranın Mehr agentliyinin, Sky News xəbər kanalının və sair müxbirlırinin suallarını və Prezidentin onlara verdiyi cavabları xatırlamaq kifayət edər. Prezident bütün bunlara rəğmən, heç kimə fərq qoymur, normal suallara ətraflı adekvat cavablar, qərəzli suallara da təmkinli, lakin tutarlı və kəskin reaksiyalar verirdi. Prezidentin, həm də Ali Baş Komandanın xarici mediaya verdiyi həmin müsahibələrin hər biri beynəlxalq bir hadisəyə çevrilir, günlərlə beynəlxalq aləmin və ayrı-ayrı ölkələrin gündəmini məşğul edirdi. O müsahibələrdən birini də Prezident Böyük Britaniyanın Bi-Bi-Ci kanalına vermişdi. Bu gün artıq həmin müsahibə Prezident İlham Əlieyevin öncüllük etdiyi və şəxsən apardığı informasiya müharibəsində yeni rekorda imza atıb.

Prezidentin BBC-yə verdiyi bu müsahibəyə baxış 3 milyonu keçib. İndiyədək Azərbaycandan heç bir müsahibə, məqalə, açıqlama beynəlxalq aləmdə bu qədər izlənməmişdi. Bu, əlbəttə ki, iki mühüm faktorla bağlıdır: birincisi, müsahibəni verən tərəfin statusudur; Prezident ən informasiyalı şəxsdir. Yəni müharibənin gedişi haqda ən dəqiq və ən dolğun məlumatı, təbii ki, Silahlı Qüvvələrin Ali Baş Komandanından almaq olar (əlbəttə, cənab İlham Əliyevin özünün də dediyi kimi, hərbi sirrlər istisna olunmaqla). İkincisi, Prezidentin bu məlumatları media quruluşlarına necə servis edə bilməsidir. Başqa sözlə, xarici izləyiciyə, oxucuya, dinləyiciyə, tamaşaçıya onun anlayacağı və qəbul edəcəyi dildə -tərzdə məlumat çatdırılmasından söhbət gedir. Bunu da çox uğurla bacarmış oldu. BBC-yə müsahibə də bu baxımdan nümunə sayıla bilər. Prezidentin Qərbin bəzi dairələrinə xitabən: "Əgər belə demokratiksinizsə. Julian Assanjı niyə həbs etdiniz?!" ritoruik sualı müsahibənin paylaşılmış linkinə twitlərdə geniş müzakirələrə səbəb oldu. Erməni userlərin müzakirələri Azərbaycanın əleyhinə yönəltmək cəhdlərinə də elə xarici ölkələrdən olanlar qarşılıq verib və onları susdurub. Hətta istifadəçilərdən biri: "Mən İlham Əliyevi sevmirəm, ancaq onun dedikləri həqiqətdir" deyə rəy yazıb. Bu da onu göstərir ki, İlham Əliyev hətta onun özünə mənfi münasibət bəsləyənləri belə Azərbaycanın haqlı mövqeyinə inandıra bilib. Bu, müharibə aparan bir dövlətin rəhbərinin informasiya müharibəsini təkcə qətiyyətlə deyil, həm də ədalətlə, yəni yüksək peşəkarlıqla aparmasına sübutdur.

Bizimyol.info

Paylaş »
››› Ağdamın mina xəritəsinin yanlış çıxması ilə bağlı məlumata aydınlıq gətirilib
››› Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
››› Gənc müəllim özünü asaraq öldürüb
››› Ukraynada separatçılar tankları təmas xəttinə yığır
››› Bu gün Ermənistanda seçki keçirlir: Məğlub ölkə yeni böhran qarşısında...
››› Prezidentin təsdiqlədiyi qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur
››› Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb
Son xəbərlər
Bütün xəbərlər »