Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həbs edilən DSX polkovniki azadlığa buraxılıb
Həbs edilən DSX polkovniki azadlığa buraxılıb

Bakı Hərbi Məhkəməsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxsi, polkovnik Əzizov Samiq Yusif oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizimyol.info xəbər verir ki, hökmə əsasən, Samiq Əzizovaşərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, DSX polkovniki S. Əzizov digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaratmaqda ittiham olunurdu.

Ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 308-ci ( vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.

Son xəbərlər
Bütün xəbərlər »