Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şuşa mədəniyyət mərkəzidir. Gəncə də istiqlal paytaxtı olsun
Şuşa şəhəri

Şuşa şəbəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Doğrusunu desəm, bu, gözlənilrdi. Necə deyərlər, məlumun elanı. Prezident Şuşaya xüsusi status verdi; bu şəhər bölgənin mədəniyyət, turizm mərkəzinə çevrilir. Hazırda Füzulidə inşa olunan hava limanı, eləcə də, Zəngulanda və Laçında hava limanlarının tikintisinun nəzərdə tutulması, "Zəfər yolu"nun inşası... bunlar həm də Şuşanın bölgədə önəmli tarixi-mədəni mərkəz statusunu kömək edəcək.

Bu qərarı, təbii ki, müsbət qarşılayırıq. Bununla yanaşı düşünürük ki, Azərbaycanın başqa şəhərləri ilə də bağlı belə qərarlar ola bilər. Bakı bəllidir; dövlətin rəsmi paytaxtı, böyük meqapolisdir. Naxçıvan şəhərinin də məlum statusu var; Muxtar Respublikasının mərkəzidir. Əgər belə demək olarsa, muxtariyyət paytaxtıdır. Ancaq Sumqayıt rəmzi və ya bəlkə hətta rəsmi olaraq "sənaye "paytaxtı" elan edilə bilər. Quba şəhəri milli bilrliyimizi, tolerantlığımızı simvolizə edər və sair. Şəki turizm incisidir. Lənkəran bütün başqa gözəl, mühüm tərəfləri ilə yanaşı milli mətbəximizin zənginliyini, Şamaxı milli dövlətçilik tariximizin qədimliyini... vurğulayır. Ancaq Gəncənin bu sıralamada bir başqa yeri var.

Gəncə

Gəncə, Bərdə, Tərtər şəhərlərinə əslində "Qəhrəman şəhər" statusu da vermək olardı. Bu barədə sosial mediada fikirlər, təkliflər də səslənirdi. İkinci Qarabağ Müharibəsində bu şəhərləri düşmən əlindıki ən müasir silahlardan intensiv atəşə tutmuşdu. Ancaq əhali bu yaşayış məntəqələrinin əhalisi mətanət və təmkin göstərdi. Həm də bu şəhərlər, eləcə də, Horadiz, Beyləqan və sair müharibənin gedişində ordumuzun təchizatında logistik mərkəzlər rolunu oynadılar. Gəncəyə gəlincə, bizim fikrimizcə, bu şəhər İSTİQLAL PAYTAXTI və ya ikinci paytaxt kimi rəsmən elan edilə bilər. Çünki Gəncə şəhəri Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin ilk paytaxtı olub. Bu paytaxtda verilən qərarlar Bakının və başqa şəhərlərimizin, kəndlərimizin erməni-rus işğalından azad olunması ilə nəticələnib. Daha əvvəl Gəncədə Cavad xanın Rusiya İmperiyasının qoşunlarına müqaviməti, Gəncənin müdafiəsi üçün oğlu ilə birlikdə canından keçməsi bir tarixi siyasi və milli-mənəvi mesajdır. Bolşevik işğalı dövründə də ölkənin müxtəlif bölgələrində olduğu kimi Gəncəbasarda da böyük müqavimət hərəkatı vardı. Başqa tarixi faktlar da göstərmək olar. Ona görə şəhərlərimizi simgələşdirmək, daha da tanıtmaq və daha da sevdirmək baxımından qərarlar verilməsi yaxşı olardı. Bu məsələdə qardaş Türkiyə nümunələrinə baxmaq olar; orada bir sıra şəhərlərin İstiqlal savaşındakı rolu vurğulanıb. Məsələn, Maraş şəhəri "Qəhrəmanmaraş", Antep şəhəri "Qaziantep", Urfa şəhəri "Şanlıurfa" adlandırılır. Biz də rəsmi və ya rəmzi olaraq, şəhərlərimizi belə fərqləndirə bilərik. Şuşanın mədəniyyət mərkəzi elan edilməsi bunun üçün yaxşı, uğurlu bir başlanğıcdır.

Bizimyol.info

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Ərdoğan: “ABŞ-ın “erməni məsələsi”nə mövqe bildirməsi bizi çox təəssüflənidirir”
Son xəbərlər
Bütün xəbərlər »