Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Lavrov Paşinyana dərs verməyə gəlib"
"Lavrov Paşinyana dərs verməyə gəlib"

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Ermənistan səfəri çərçivəsində ermənistanlı həmkarı Ara Ayvazyan və Baş nazir Nikol Paşinyanla görüşəcək.

Sergey Lavrov bu gün Yerevanda "erməni soyqırımı" abidəsini ziyarət edib, onun görüşlər zamanı Qarabağda sülh bəyannaməsinin icrası ilə bağlı məsələləri, Ermənistanla ikitərəfli və regional əməkdaşlığı müzakirə edəcəyi gözlənilir.

Rusiya rəsmisinin 10-11 may tarixlərində Azərbaycana səfəri planlaşdırılır.Lavrovun səfərlərindən nələr gözləmək olar,İrəvana və Bakıya gəliş məqsədi nədir? Bu barədə bizimyol.info-ya Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev məlumat verir:

Fərid Şəfiyev Fərid Şəfiyev

“Lavrov səfərdən öncə çox məhdud həcmdə açıqlama verdi. Rusiya XİN başçısının açıqlamasından hansı mesajları almaq olar? O ilk növbədə qeyd etdi ki, hər hansı siyasi məsələni müzakirə etməzdən öncə onlar iqtisadi əlaqələrin inkişafına diqqət edəcəklər. Və istinad elədi 10 noyabr bəyyanaməsinə.Bu o deməkdir ki, Rusiya regionda nəqliyyat layihələrinin reaallaşmasında maraqlıdır. Azərbaycan da bunu dəstəkləyir. Bu sülhün qalıcı olmasına təminat verər. Bəzi problemli məsələlər var. Rusiya sülhməramlılarının fəalyyəti ilə bağlı, “İskəndər” raketi ilə bağlı suallar var.Lavrov Bakıda bu məsələlər barədə yəqin ki, danışmalı olacaq. Müəyyən irəliləyişlər də var. 10 noyabr bəyanatında erməni silahlılarının çıxarılması məsələsi var idi, bu məslədə müəyyən proqres hiss edirik.

O ki, qaldı Lavrovun Paşinyanla görüşünə. Ermənistanın müharibədən sonra azad addım atmaq imkanları tam məhdudlaşıb. Ola bilsin ki, Paşinyanla Lavrovun görüşü dərs, təlimat xarakteri daşıyacaq. Müəllim gəlib şagirdinə dərs, ağıl verməyə.Arutunyanın Moskva səfəri də eyni idi. Təlimat almağa getmişdi”,- deyə ekspert vurğulayıb.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »