Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təcili yardım briqadası tətil edir
Təcili Tibbi Yardım

Həkimlər maaşlarına koronavirus əlavəsinin verilməsini istəyir

9 saylı Təcili Yardım Stansiyasının briqadası bu gündən çağırışlara getməkdən boyun qaçıraraq tətil elan edib.

Bu barədə Bizimyol.info-ya Təcili Yardım Stansiyasının əməkdaşları məlumat verib.

Bildirilib ki, ölkə başçısının ötən ilin mart ayında həkimlərə əmək haqqlarının 4 mislinin verilməsi ilə bağlı sərəncamına əməl edilmir.

“Həmin o sərəncama əsasən, səyyar briqadalara bir müddət artım verildi. Son 3 ayda verilmir. Bizə maaşdan əlavə 40-50 manat pul verilir. Ruhi xəstələr üzrə briqadaya isə, ümumiyyətlə, verilmədi. Kimini şantajla, kimini hədə qorxu ilə, kimini işdən çıxarma ilə susdurmağa çalışdılar.

Hazırda 9 saylı Təcili Yardım Stansiyası işini dayandırıb, çağırışlara getməkdən imtina edir. Həmkarlar gəlib yığılıb stansiyaya. Burda deyirlər ki, gəlin, sabah danışaq. Biz başa düşmürük, prezidentin verdiyi sərəncamı kimsə necə boykot edə bilər? Həmin sərəncamda saathesabı anlayışı yoxdur”-deyə həkimlər bildirib.

Onların sözlərinə görə, ruhi-əsəb briqadası, ümimiyyətlə, artım ala bilməyib. Digərləri də çox cüzi miqdar alırdı: “Bizə deyirlər ki, siz xəstə ilə kontakta girmirsiniz. Halbuki biz ruhi xəstə üstünə gedirik. Onun tempraturunun olub- olmamağının biz fərqləndirə bilmirik. Ola bilər ki, gizlin formada keçirir. Axı koronavirus 5-6 gündən sonra büruzə verir. İşçilərimiz arasında koronavirusa yoluxanlar da oldu, dünyasını dəyişənləır də. Biz haqqımızı tələb edirik”.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Umayra Tağıyeva qadınlara müraciət edib
Son xəbərlər
Bütün xəbərlər »