Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN: “Misirlə Türkiyə arasında görüş səmimi şəraitdə və əhəmiyyətli danışıqlarla nəticələnib
Rusiya XİN

Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önal və Misirin Xarici İşlər nazirinin müavini Həmdi Sanad Lozanın rəhbərliyi ilə 5-6 May 2021 tarixlərində Qahirədə keçirilən heyətlərarası görüş başa çatıb.

APA-nın məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Türkiyə XİN tərəflər arasında siyasi məsləhətləşmələr xarakterli danışıqları səmimi şəraitdə və əhəmiyyətli olaraq qiymətləndirib.

Hər iki tərəfin birgə yayımladığı açıqlamada bildirilib ki, Türkiyə ilə Misir arasında münasibətlərin normallaşdırılması istiqamətində atılacaq addımların müzakirə olunması ilə bərabər Liviya, Suriya və İraqdakı vəziyyətlə də bağlı da fikir mübadiləsi aparılıb: “Şərqi Aralıq dənizində sülh və təhlükəsizliyin təmini haqqında daha geniş müzakirələr keçirilib. Tərəflər siyasi məsləhətləşmələrin nəticələrini müqayisə edərək, müvafiq addımların atılması haqında qərar verəcək”.

Qeyd edək ki, 2013-cü ildə Misirdə baş verən hərbi çevrilişdən sonra iki ölkə arasında gərginlik yaranıb, Türkiyə və Misir qarşılıqlı olaraq o ölkələrdəki səfirliklərinin fəaliyyətinə son qoyub. Bu, 8 il sonra Türkiyə ilə Misir arasında keçirilən ilk rəsmi görüşdür.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »