Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN başçısı: “Vacib regional oyunçu olan Rusiya ilə dialoqu açıq saxlamaq lazımdır”
Mövlud Çavuşoğlu

“Bəzi məsələlərdə Moskva ilə mövqelərimiz fərqlənir, lakin vacib regional oyunçulardan biri olan Rusiya ilə dialoqu açıq saxlamaq və qarşılıqlı fəaliyyəti davam etdirmək vacibdir”.

APA-nın RİA “Novosti”yə istinadən xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində deyib.

Nazir qeyd edib ki, Türkiyə Rusiya ilə qarşılıqlı işgüzar münasibətlər qurmağa çalışır: “Bəzi regional məsələlərdə Rusiya vacib oyunçudur. Hər zaman müsbət nəticəyə nail olmaq asan başa gəlmir, lakin bu, mümkündür. Bu o demək deyil ki, biz hər zaman bütün məsələlərdə eyni mövqedən çıxış edirik. Lakin bizim açıq danışmaq imkanımız var. Dialoq kanallarını açıq saxlamaq vacibdir”.

M. Çavuşoğlu bildirib ki, Türkiyə öz milli maraqlarını qorumalı və təhlükəsizliyini təhdid qarşısında qoymamalıdır: “Rusiya da bunu başa düşür”.

Cənab Çavuşoğlu vurğulayıb ki, Rusiya ilə dialoq regional və beynəlxalq sabitliyə töhfə verməlidir.

O, Suriyanı buna misal göstərib: “Aydındır ki, bizim mövqelərimiz fərqlənir, bununla belə, birgə işləməyin yollarını tapmışıq”.

Paylaş »
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
››› Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir... - Azərbaycanlı psixiatr
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Həbsdə olan iş adamına işgəncə iddiaları var: DİN açıqlama verdi
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
Son xəbərlər
Bütün xəbərlər »