Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Faşist Njdenin Qarabağda sökülməyən heykəli yeni müzakirələrə səbəb olub
Qaragin Njde

Moskva vilayətinin Dolqoprudniy şəhərinin müharibə veteranları Qarabağda faşist kollaborantı Qaragin Njdenin abidəsinin sökülməsi ilə bağlı Xarici İşlər və Müdafiə Nazirliklərinə müraciət ünvanlayıblar.

Müraciətdə faşizm tərəfdarlarının qəhrəmanlaşdırılmasının yolverilməz olduğu qeyd olunub. Eyni zamanda müraciətdə Nijde tərəfindən əsir düşmüş erməni-qırmızı ordu əsgərlərindən və Vermaxt sıralarında döyüşənlərdən yaradılmış “Erməni legionunun” Polşa, Ukraynanın minlərlə dinc sakininə qarşı cinayətlərindən, Qərbi Krımda 20 mindən çox dinc sakinin qətlə yetirilməsindən danışılır.

Maraqlıdır ki, Dağlıq Qarabağın bir hissəsindəki separatçı qrupun “təhlükəsizlik şurasının” başçısı kimi təqdim olunan Vitali Balasanyan da Qaregin Njdenin Xocavənd şəhərindəki heykəlinin sökülməsini təklif edib. Bu çox yəqin ki, lavrovun Bakıya səfərindən öncə bizə deməyə sözü olsun deyə təşkil edilən planın bir hissəsidir. Bir neçə gün öncə sosial şəbəkələrin Ermənistan seqmentində Xankəndindən çıxan erməni hərbiçilərin görüntüləri yayılmışdı. Baqdasaryanın Njde heykəlinin sökülməsi təklifi də bu planın bir parçası olmalıdır ki, dünyada müəyyən görüntü yarada bilsinlər.

Separatçı rejimin nümayəndəsi Artak Mkrtçyanın sözlərinə görə “ağsaqqallar şurası” şəhər sakinlərinin tələbi ilə Balasanyanın təklifini rədd edib.

Rusiya rəsmiləri Qaregin Njdenin tərənnüm edilməsindən narazı olduqlarını bir neçə dəfə ifadə etsələr də heykəl hələ ki, yerində qalır. Qeyd edək ki, bir neçə ay öncə faşist Qaregin Njdenin Xocavənddəki heykəlinin sökülməsi ilə bağlı məlumatlar yayılmışdı. Araik Arutyunyanın nümayəndəsi Lusine Avanesyan deyib ki, “Abidə yerində durur. Onun taleyini yalnız şəhər sakinləri (Xocavənd ) sakinləri həll edə bilər”.

2016-cı ilin iyununda Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Njdeyə Yerevanda abidə qoyulmasına dair suala cavab verərkən demişdi: “Bizə aydın deyil ki, adı çəkilən abidə niyə qoyulub?”.

Azərbaycan Prezidenti İlham Əliyev hələ 2019-cu ildə MDB ölkələrinin Aşqabadda keçirilən sammitində “nasistlərlə əməkdaşlıqda ittiham olunan” Qaregin Njdenin Ermənistanda “qəhrəmanlaşdırılmasını” tənqid etmişdi.

Faşizmin göstəricisi olan heykəlin sökülməsi Azərbaycan qədər Rusiyanın da maraqlarına uyğundur. Rusiya Xocavənd rayonunu Azərbaycan ərazisi kimi tanıyıb və Azərbaycan öz ərazisində faşizmə xidmət edən terrorçunun abidəsinin mövcudluğuna dözmək niyyətində deyil. Azərbaycan hələ ki, Rusiyanın sülhməramlılıq funksiyası çərçivəsində həllini gözləyir.

Alman faşizminin köləsi olan, minlərlə sovet hərbçisinin ölümünə imza ata Qaregin Njdenin Xocavənddəki heykəlinin sökülməməsi erməni faşizminin ölməməsindən xəbər verir və bu əslində bəşəri təhdiddir.Artıq fevral ayında ermənilər dünyanı aldadaraq bu heykəlin söküldüyünü bəyan etsələr də heykəl yerində durur. Yalan üstünə yalan. O heykəl bəlkə də sökülərdi, yerində abidəsi qoyulacaq fərli başlı şəxsiyyət olsaydı. Nə eləsinlər? Qəhrəman adına ortaya çıxarıb özlərinə idol “yapacaqları” 3 nəfər var, biri tayqulaq Andranik, əlləri qanlı Njde və bədəni ilə tanınan Kim Kardaşyan.

İlhamə Rəsulova

Paylaş »
››› Ağdamın mina xəritəsinin yanlış çıxması ilə bağlı məlumata aydınlıq gətirilib
››› Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
››› Gənc müəllim özünü asaraq öldürüb
››› Ukraynada separatçılar tankları təmas xəttinə yığır
››› Bu gün Ermənistanda seçki keçirlir: Məğlub ölkə yeni böhran qarşısında...
››› Prezidentin təsdiqlədiyi qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur
››› Xəstəxananın direktoru işdən çıxarılıb
Son xəbərlər
Bütün xəbərlər »