Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Gürcüstanın bizi dəstəkləməsi boş yerə olmayıb, ciddi səbəbləri var idi"
Keşikçidağ məbədi

“Gürcüstanla bizim aramızda ciddi sərhəd problemi yoxdur. Zaqatala istiqamətində kiçik bir ərazidə problem var ki, bu da həll oluna bilər. Bir də Keşikçi Dağ məbəd kompleksi ilə bağlı fikir ayrılığı var. Bu kompleksin böyük hissəsi Gürcüstan ərazisindədir. Azərbaycan ərazisində olan hissəyə zəvvarların gediş-gəlişi asanlaşdırılıb. Bu əslində torpaq iddiasından çox dini inanca bağlı bir məsələdir. Müxtəlif formalarda həll oluna bilər. Dünya təcrübəsində var”.

Bu fikirləri bizimyol.info-ya siyasi Gürcüstan baş nazirinin Bakıya səfəri ilə bağlı danışan siyasi şərhçi Əli Hacızadə səsləndirib.

Əli Hacızadə Əli Hacızadə

“Gürcüstan müharibə dövründə yanımızda oldu. Amma öz maraqları da var idi. 2008-ci ildə Gürcüstan Rusiya ilə vuruşarkən bizim də ona dəstəyimiz olub.Bu unudulmamalıdır.Digər tərəfdən Gürcüstan bizi dəstəkləməklə həm də özünü müdafiə eləmiş oldu. Çünki, ermənilər Cavaxetiyaya də torpaq iddiasındadırlar.Yəni düşünməyək ki, Gürcüstan bizi elə belə, bir tərəfli qaydada dəstəkləyib. Bir çox ekspertlər dilə gətririlər ki, Zəngəzur dəhlizinin işə salınması Gürcüstanı narahat edir. Məncə ciddi narahatçılığa əsas yoxdur.

Zəngzurla quru nəqliyyatı ilə yüklər daşınsa da, inanmıram ki, yaxın 15 ldə bizim neft ixracı kəmərlərimiz Ermənistandan keçib getsin.Birincisi bu infrastruktur milyardlarla xərc çəkilərək artıq qurulub. Indi milyardlarla xərc çəkib yeni infrastruktur qurmağa gərək yoxdur. Gürcüstan üzərindən keçən hazır kəmərlərimiz onsuz da var. İkincisi Ermənistan etibarlı tərəfdaş kimi özünü tanıtmayıb.Milyardlıq layihələri, belə starateji əhəmiyyətli myhsulun ixracını Ermənistan üzərindən keçirmək düzgün olmazdı. Ola bilər ki, Gürcüstanın müəyyən tranzit litkiləri olacaq. Lakin, əsas layihələr qalacaq.Bundan sonra Orta Asiya da bu layihələrə qoşulsa gəlirləri daha da artacaq”,- deyə ekspert vurğulayıb.

İlhamə Rəsulova

Paylaş »
››› Ağdamın mina xəritəsinin yanlış çıxması ilə bağlı məlumata aydınlıq gətirilib
››› Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
››› Gənc müəllim özünü asaraq öldürüb
››› Ukraynada separatçılar tankları təmas xəttinə yığır
››› Bu gün Ermənistanda seçki keçirlir: Məğlub ölkə yeni böhran qarşısında...
››› Prezidentin təsdiqlədiyi qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur
››› Kür çayında 29 yaşlı qadın batıb
Son xəbərlər
Bütün xəbərlər »