Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Minsk qrupu Qarabağla bağlı təkliflər hazırlayır: “Bu tam olaraq bizim əleyhimizə olacaq”
Xankəndi

Lavrovun Ermənistana səfəri öncəsi bu ölkənin Xarici İşlər naziri Ayvazyan çıxışlarında qeyd edib ki, bu səfər zamanı ATƏT-in Minsk qrupu məsələsi, prosesdə birbaşa iştirakı daha çox müzakirə olunacaq. O, xüsusi ilə qeyd edib ki, ATƏT-in Mins qrupu kənardan yox birbaşa proseslərdə iştirak etməlidir.

Məsələ ilə bağlı politoloq Əli Hacızadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, 2-3 həftədir ki, Rusiya və Ermənistan mətbuatı Minsk qrupunun Fransa və Rusiya həmsədrlərinin Qarabağ məsələsinə dair yeni təklif üzərində işlədikləri haqqında yazırlar.

Əli Hacızadə Əli Hacızadə

“Bunun fonunda Azərbaycan Milli Məclisinin Fransa ilə bağlı müraciəti oldu. Yekun qərar qəbul olunmayıb amma müraciət var. Azərbaycan tarixinə baxsaq görərik ki, bu nadir hadisələrdən biridir ki, Milli Məclis bu məsələ ilə bağlı belə bir müraciət edir. Məsələ bizim düşündüyümüzdən daha ciddidir. Mənim şəxsi qənaətim odur ki, onların bu təklifi ortaya çıxarsa, bu tam olaraq bizim əleyhimizə olacaq. Bizim qazandığımız qələbəni kölgəyə salmaq, bizdən hər hansısa güzəşt qoparmaq məqsədləri olacaq. Ona görə yox ki, onlar Ermənistanı dəstəkləyirlər. Onlar bu məsələdə öz maraqlarını təmin etmək istəyirlər.

Minsk qrupu 1992-ci ildən 2020-ci ilə kimi işləyirdi və biz nəticəsini gördük. Minsk qrupunun bütün fəaliyyəti münaqişənin dondurulmasına yönəlmişdi. Ona görə də Ermənistan hərbi yolla itirdiyini siyasi yolnan qaytarmağa çalışır”.

Leyla Mirzə

Paylaş »
››› Ağdamın mina xəritəsinin yanlış çıxması ilə bağlı məlumata aydınlıq gətirilib
››› Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
››› Gənc müəllim özünü asaraq öldürüb
››› Ukraynada separatçılar tankları təmas xəttinə yığır
››› Bu gün Ermənistanda seçki keçirlir: Məğlub ölkə yeni böhran qarşısında...
››› Prezidentin təsdiqlədiyi qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur
››› Kür çayında 29 yaşlı qadın batıb
Son xəbərlər
Bütün xəbərlər »