Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın partiyası seçki bloku yaratmayacaq
Paşinyanın partiyası seçki bloku yaratmayacaq

Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində müstəqil iştirak edəcək və digər siyasi qüvvələrlə blok yaratmayacaq.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bunu hakim "Mənim addımım" blokunun lideri Lilit Makunts bu gün keçirilən brifinqdə deyib.

Parlamentdəki “Maariflənmiş Ermənistan” və “Çiçəklənən Ermənistan” müxalifət fraksiyaları Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə namizədlərini irəli sürməyəcəklərini artıq bildiriblər.

Ekspertlərin fikrincə, Paşinyanın partiyasının əsas rəqibləri keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın siyasi blokları olacaq.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »