Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİM magistratura imtahanına ikinci cəhdində iştirak etmək istəyənlərə müraciət edib
Dövlət İmtahan Mərkəzi

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat davam edir.

Bizimyol.info xəbər verir ki, DİM-in mətbuat xidmətindən verilən məlumata görə, imtahanda iştirak etmək üçün bakalavrların qeydiyyatı 8 may saat 23:59-dək davam edəcək.

İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu aprelin 30-dan başlayıb.

6 may saat 14:15-ə olan məlumata əsasən 7352 bakalavr ərizəsini təsdiq edib. (Azərbaycan bölməsi - 6777; rus bölməsi - 575)

2021-ci ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize2) daxil olmaqla qeydiyyatdan keçirlər.

İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da http://eservices.dim.gov.az/erizemag/erize2 səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) bakalavlar imtahana qeydiyyatdan keçmiş hesab olunurlar.

İmtahan 2021-ci il mayın 26-da keçiriləcək (respublikamızda sanitar-epidemioloji vəziyyətdən asılı olaraq imtahanın vaxtı dəyişdirilə bilər).

Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.

Paylaş »
››› Ağdamın mina xəritəsinin yanlış çıxması ilə bağlı məlumata aydınlıq gətirilib
››› Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
››› Gənc müəllim özünü asaraq öldürüb
››› Ukraynada separatçılar tankları təmas xəttinə yığır
››› Bu gün Ermənistanda seçki keçirlir: Məğlub ölkə yeni böhran qarşısında...
››› Prezidentin təsdiqlədiyi qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur
››› Xəstəxananın direktoru işdən çıxarılıb
Son xəbərlər
Bütün xəbərlər »