Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Vergi Xidmətinə rəis təyin edilib
Dövlət Vergi Xidmətinə rəis təyin edilib

Orxan Faiq oğlu Nəzərli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.

Bizimyol.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Orxan Nəzərli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.

Qeyd edək  ki, Orxan Faiq oğlu Nəzərli 1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olub. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsini bitirib.

2014-cü ildə ABŞ-ın Alyaska ştatında sertifikasiyadan keçib “Certified Public Accountant” lisenziyası alıb.

Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmiş və Dövlət Vergi Xidmətinin rəisi təyin olunana qədər həmin vəzifənin icrası ona həvalə edilmişdi.

Orxan Nəzərli 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir.

Ailəlidir, 3 övladı var.

Son xəbərlər
Bütün xəbərlər »