Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN başçısı: "Qarabağın minalardan təmizlənməsi səylərini azaltmırıq"
Sergey Lavrov

“Qarabağ ətrafındakı vəziyyətin sabitləşməsində irəliləyiş əldə olunmasını qeyd etmişik. O cümlədən minalardan təmizləmə, dini və mədəni irsin qorunması istiqamətindəki səylərimiz azalmır”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Yerevanda ermənistanlı həmkarı Ara Ayvazyanla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

S.Lavrov Rusiya, Azərbaycan, Ermənistan Baş nazir müavinlərinin rəhbərlik etdiyi, regionda iqtisadi əlaqələrin, nəqliyyat yollarının açılması ilə məşğul olan işçi qrupun regionda vəziyyətin sabitləşməsinə mühüm töhfələr verdiyini bildirib: “Münaqişədən sonrakı dövrdə ümumi vəziyyəti sabitləşdirmək, qurucu əməkdaşlıq etmək üçün zəruri şərtlərin yaradılması naminə bu işlərin uğurlu olması mühüm əhəmiyyət daşıyır”.

Rusiyalı nazir həmçinin etimad ab-havasının yaradılması üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin bundan sonra da fəaliyyətinin zəruri olduğunu söyləyib.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Umayra Tağıyeva qadınlara müraciət edib
Son xəbərlər
Bütün xəbərlər »