Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
Teymur Musayev

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib. Brifinqdə səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev çıxış edərək bildirib ki, bayram günlərində əlavə heç bir məhdudiyyət tətbiq olunmayacaq. Yalnız 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

“Camaat qərar gözləyirdi. Bilmək istəyirik ki, ayın 15-dən, bayramdan sonra necə olacaq? Bir cümlə üçün canlı efirə çıxmaq mənasız idi. Media vasitəsilə də bunu bəyan edə bilərdilər. Məqsəd yeni təyin olunmuş nazir əvəzini ictimaiyyət təqdim etmək idi?”

Bu fikirləri Bizimyol.info-ya açıqlaması zamanı həkim-farmakoloq Müşfiq Hüseynov bildirib. Onun sözlərinə görə, mayın 15-dən sonra bütün növ ictimai nəqliyyatların hərəkəti, fitnes, sağlamlıq və idman zallarının, restoranların fəaliyyəti limitsiz və tam bərpa olunmalı idi.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

“Bütün iş yerlərinin fəaliyyəti bərpa olunmalı, iyunun 1-i sərt karantin rejimi bitməlidir. Bütün əyləncə mərkəzləri və AVM-lərin, bölgələrdəki otellərin və istirahət mərkəzlərinin işi bərpa edilməlidir, Dəniz sezonunun açılmasına heç bir əngəl olmamalıdır. Ölkəyə giriş-çıxışa qoyulan yasaq, açıq havada və parklarda maska taxmaq məcburiyyəti aradan qaldırılmalı idi. Yalnız qapalı məkan, market və əhalinin sıx toplandığı yerlərdə maska taxmaq tövsiyyə edilə bilərdi. İyunun 1-dən 60-80 nəfərlik , 3 saatlıq toy mərasimlərinə icazə verilə bilərdi.

2-ci və 3-cü dalğada ölüm və xəstə sayının çox olmasının əsas səbəblərindən biri də OQ-ın keçən il yayda insanları havasız, dənizsiz və vitaminsiz qoymasıdır. Eyni səhv təkrarlanmamamlıdır”.

Leyla Mirzə

Paylaş »
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› Polis “Mehdi əz-Zaman”ı həbs etdi - Video
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› Neftin qiyməti yenə qalxdı, sevinməyə dəyərmi?..
Son xəbərlər
Bütün xəbərlər »