Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Parlamentinin “erməni əsirlər”lə bağlı çağırışı riyakarlıq nümunəsidir
AŞPA - Avropa Şurası Parlament Assambleyası

“44 günlük müharibədə qələbə qazanaraq öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən Azərbaycan yaratdığı yeni geostrateji reallıqlar fonunda regionda dayanıqlı sülh və təhlükəsizliyin, etibarlı əməkdaşlıq mühitinin formalaşması tərəfdarıdır. Buna görə də həm öz milli maraqlarına, həm beynəlxalq hüquq normalarına, həm də humanizm prinsiplərinə uyğun addımlar atır. Azərbaycanın 3 erməni əsiri qaytarması da bu kontekstdə növbəti humanist addımdır”.

Bu fikirləri “Bizim yol”a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

Nurlan Qələndərli Nurlan Qələndərli

Onun sözlərinə görə, Azərbaycanın bu mühüm siyasi jestinə uyğun olaraq Ermənistan adekvat davranış sərgiləməlidir: “Biz məğlub ölkənin Üçtərəfli bəyanatın icrası ilə əlaqədar müəyyən əngəllər və problemlər yaratmağa yönəlik cəhdlərini görürük. Xüsusilə də, minalanmış ərazilərin xəritələrinin verilməməsi Ermənistanın beynəlxalq hüquq normalarını kobud surətdə pozması, humanizm prinsiplərinə zidd davranışı və aşkar müharibə cinayətidir. Digər tərəfdən, Ermənistanın Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min azərbaycanlı barədə məlumat verməkdən yayınması da faktdır. Ermənistanın yeganə şansı – çıxış yolu Üçtərəfli bəyanatın tələblərini tam və qeyd-şərtsiz yerinə yetirmək, revanşizm siyasi ritorikasından əl çəkmək və yeni reallıqlara uyğun davranış sərgiləməkdir”. Avropa Parlamentinin 121 üzvünün Avropa Komissiyasının sədri və Avropa İttifaqı sədrinə müraciət edərək Azərbaycandan “erməni əsirlər”in qaytarılmasının tələb etməyə çağırması məsələsinə gəlincə, politoloq qeyd edib ki, bu, siyasi səmimiyyətsizlik və riyakarlıq nümunəsidir: “Nəzərə alınmalıdır ki, Avropa İttifaqı Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş və beynəlxalq təşkilatların 1993-1994-cü illərdə əksəriyyətinin sağ olduğunu təsdiqlədiyi 4 mindən artıq azərbaycanlının taleyinə dair susqunluq nümayiş etdirir. Beləliklə, Avropa Parlamentinin üzvlərinin bu müraciəti həm də ikili standart göstəricisidir”.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Haqları pozulan əlillərə kompensasiya verilsin - Deputat
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
Son xəbərlər
Bütün xəbərlər »