Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibə iştirakçılarının intihar hallarının qarşısı necə alınmalıdır...
Müharibə iştirakçılarının intihar hallarının qarşısı necə alınmalıdır...

Bəzi müharibə iştirakçılarının psixoloji sarsıntılar səbəbi ilə intihar etmə xəbərləri hamımızı çox sarsıdır.

Ötən gün daha bir Vətən müharibəsi iştirakçısı, leytenant Nəbizadə Rüfət Ağayar oğlunun intihar xəbərini eşitdik. O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Bölməsində xidmət keçib, müharibədən öncə təlimlərə qatılmaq üçün YAŞMA-nın tərkibinə qoşulub. Vətən müharibəsində Şuşaya qədər döyüşən zabitimiz, Prezident İlham Əliyevin sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif olunmuşdu.

Ailəsi bildirir ki, müharibədən sonra Rüfətin psixoloji problemləri üzə çıxmışdı və bu səbəblə bir aydan çox Daxili Qoşunların Hospitalında yatıb, bir neçə psixoloq yanında olub. Amma həkimlər deyiblər ki, Rüfət, bütün olanları şüur altına yeridib, belə nevroloji problemi yoxdur.

“Müharibə böyük bəladır. Mən onları çox yaxşı başa düşürəm. Bir yerdə oturduğun, yediyib-içdiyin insan bir neçə saniyə sonra şəhid olur. Bu çox böyük psixoloji sarsıntıdır”.

Elçin Axundzadə Elçin Axundzadə, Hərbi ekspert, ehtiyatda olan zabit

Bu fikirləri hərbi ekspert Elçin Axundzadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, yaradılan YAŞAT fondu hardasa bu gənclərə dəstək verir amma bu dəstək kifayət deyil.

“31 mart 1993-cü ildə Kəlbəcərdən çıxanda bizi veltalyotda vurdular. Düşünürdüm ki, heç olmasa vertalyot yerə düşsün ki, mənim cəsədimi tapıb basdıra bilsinlər. Heç kim deyə bilməz ki, mən müharibədən qorxmuram. Hər zaman ölümlə üz-üzə dayanan insanların psixologiyası necə ola bilər? İnsan robot deyil. Onun mərkəzi sinir sistemi var və o, insanı idarə edir.

Dövlətin bütün struktorları, xüsusən də rayon İcra Hakimiyyətinin başçıları, rayon rəhbərləri onlara dəstək verməlidirlər. Rayonlarda icra başçıları bütün müharibə iştirakçılarını nəzarətə götürməli, onların qayğısına qalmalıdır. Amma bəzi icra başçıları, məmurlar onlardan çox özlərini fikirlərşirlər. Heç olmasa insani nöqteyi nəzərdən onlara mənəvi dayaq olmaq lazımdır. Onlar tədbirlərə çağırılmalı, orada iştirak etməli, rayon xəstəxanaları nəzarətə götürməlidir. Səhiyyə Nazirliyi və TƏBİB-i məcbur etməlidirlər ki, bu vətəndaşlara əlavə olaraq dərmanlar verilsin.

Təşəbbüskarlıq olmasa bunun fəsadları ağır olacaq. Təsəvvür edin biz hansı uşaqları itiririk. O uşaqlar qanları ilə, canları ilə dövlətin, xalqın yanında oldular. Hələ bilmək olmaz ki, üçüncü dəfə müharibə olacaq ya yox. Bu vətəndaşlara ögey münasibət bəsləyən məmurlar dövlətin siyasətinə zərbə vurur, qara ləkə gətirir. Xalqı incidən bu məmurlardan şikayətlər etməlidirlər ki, onlar çərçivəyə otuzdurulsun.

Çox acınacaqlı haldır. Biz belə oğulları 29 ildir yetişdirdik, Qarabağı unutmağa qoymadıq. Təssüf ki, bizdə hələ də beçinci kalonun nümayəndələri var. Bütün varlığını ortaya qoyub xalqla,dövlət arasında uçurun yaratmaq istəyirlər. Mən bir Azərbaycan vətəndaşı, müharibə iştirakçısı kimi bildirmək istəyirəm ki, xalq ayıq olmalıdır. Kadr islahatlarına dəstək verməlidir”,- deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »