Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xaricdə işədüzəltmə fırıldağı: Çalışın ilişməyəsiniz - Fotolar
Varşava, Polşa

Azərbaycanda vətəndaşları Polşada işlə təmin etmə fəaliyyəti ilə məşğul olan “Go Europe” şirkəti 35-ə qədər vətəndaşı aldatmaqda ittiham edilir. Bu barədə Bizimyol.info saytına aldadılan vətəndaşlar müraciət edib.

Onların sözlərinə görə, özünü şirkətin rəhbəri kimi təqim edən Orxan İbrahimov vətəndaşlardan müxtəlif məbləğlərdə vəsait alaraq, onların işlə təmin ediləcəklərinə dair müqavilə bağlayıb.

Aldadılmış vətəndaşlardan biri olan Səbuhi Quliyev qeyd edir ki, “Go Europe” şirkəti barədə məlumatı sosial şəbəkə vasitəsilə alıb:

“Biz bu şirkəıtin paylaşımlarına baxdığımız zaman xaricidə işlə təmin edilmiş vətəndaşları və onların rəsmi sənədlərini gördük. İnanmamaq mümkün deyildi. Şirkətə müraciət etdim. Mənimlə yanvar ayında müqavilə imzalandı. Tələb edilən məbləği də ödədikdən sonra bizə çek və müqavilə təqdim edildi. Orxan İbrahimov mart ayının sonunda bizi işlə təmin edəcəyini bildirdi. Ancaq o müqavilənin şərtlərinə əməl etməyərək, ölkəni tərk edib”.

Vətəndaşların sözlərinə görə, işlə təmin edilmə xidmətinin qiyməti 850 manat olsa da, vətəndaşlardan müxtəlif şəkildə 400-500 manat və s. məbləğində pul alınıb. Aldadılmış şəxslər Orxan İbrahimovdan Yasamal rayon 27–ci Polis Bölməsinə, Daxili İşlər Naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidmətinə və s. müraciət ediblər.

S.Quliyev həmçinin bildirir ki, aldadılan şəxslər arasında xarici vətəndaşlar da var. Orxan İbrahimov onların pasportunu özündə saxladığı üçün həmin şəxslər öz ölkələrinə qayıda bilmirlər.

Hazırda “Go Europe” şirkəti tərəfindən aldadıldığını iddia edən şəxslərin sayı 35 nəfərdir. Vətəndaşlar sosial şəbəkədə qrup yaradıb, O. İbrahimov haqqında məlumatlar paylaşdıqca aldananların sayı artır.

Şikayətçilərin sözlərinə görə, O. İbrahimov aprel ayının əvvəlində ölkəni tərk edib. Bir neçə ildir ki, Polşada işə düzəltmə xidməti fəaliyyəti ilə məşğul olan O. İbrahimov 2019-cu ildə də müxtəlif insanları bu üsulla aldadıb.

S. Quliyev həmçinin əlavə edib ki, Orxan İbrahimov Caspian Plazada, 1-ci mərtəbədə, “Zenit Travel” şirkətinin ofisində işləyirdi:

“Onun öz ofisi yox idi. Turizm şirkətinin ofisində otururdu. Həmin şirkətə getdim. O. İbrahimovun ölkədən getdiyi bildirildi. Mən düşünürəm ki, O. İbrahimov bu işdə tək olmayıb”.

Özlərinə “aldadılmışlar” qrupu yaradan şəxslər O. İbrahimovun sürücülük vəsiqəsində qeyd edilən ünvana da baş çəkiblər. Lakin onlara bildirilib ki, O. İbrahimov 2 il əvvəl həmin ünvandan köçüb.

Hazırda O.İbrahimovun Almaniyaya qaçdığı iddia edilir:

“Bizə deyilir ki, Almaniyada işləyib bizim pulumuzu qaytaracaq. Hesablamışıq, ümumi məbləğ 20000 manatdır. Qaydaya görə, əgər dəyən zərərin məbləği 50 min manatı keçmirsə, iş Yasamal məhkəməsinə verilməlidir. Əgər məbləğ 50 min manatı keçirsə o zaman Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək”.

Digər şikayətçi Ceyhun Şirəliyev isə, O. İbrahimovla ötən il dekabrda müqavilə imzalayıb:

“Məni Varşavada metlax ustası işinə düzəldəcəyini qeyd etmişdi. Ödənişi öncədən tələb etdi. 500 dollar ödəniş etdim. Müqaviləyə əsasən vizam 45 günə hazır olacaqdı. 45 gün, 90 gün oldu. Pulumu tələb edəndə məni sabah–sabaha salaraq, səbrli olmağımı istəyirdi. Bir müddət gözlədikdən sonra 102-yə şikayət etdim. Məni 27-ci Polis Bölməsinə dəvət etdilər. Bölmədə aldadılan şəxsin tək mən olmadığını öyrəndim. Orxan bəzi şəxslərin mesajlarına cavab verir. Gah Litvada, gah Almaniyada olduğunu deyir”.

Bizimyol.info  şikayətçilərin topladığı şəkilləri təqdim edir:

Hazırda iş Yasamal Rayon Polis İdarəsində müstəntiq Elnur Əsədovun nəzarətindədir. Təəssüf olsun ki, müstəntiq bizim suallarımızı cavablandırmaqdan imtina etdi.

Xatırladaq ki, hazırda “Go Europe” şirkətinin “qurbanlarının” sayı 35 nəfərdir və gün keçdikdə artır.

Bizimyol.info

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »