Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pensiya məbləğlərinin hesablanmasında niyə problem yaranır...
Bankomat, pensiya, maaş

Dünən verdiyimiz məlumata görə, ölkədə 12 min nəfərin pensiyasının yanlış hesablandığı aşkarlanıb.

Bu necə baş verib? Suallarımızı Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zəka Mirzəyev cavablandırır.

- Zəka bəy, sosial şəbəkələrdə hətta 50 min nəfərin pensiyasının yanlış hesablanması ilə əlaqədar fonda müraciətlər daxil olduğu deyilir. Rəsmi məlumat isə 12 mindir.

- Bu kimi halların üzə çıxmasına təəsüflənmək lazım deyil.Bu ƏƏSM və Dövlət Sosial Müdafiə Fondunda aparılan şəffaf araşdırmaların nəticəsində üzə çıxıb. Söhbət həm artıq ödəmələrdən, həm də əskik ödəmələrdən gedir. Son 3 ildəki fəaliyyətimizin nəticəsində bu faktlar aşkarlanır və problemlər aradan qaldırılır. 12809 nəfərin əmək pensiyası əskik ödənilib. Həmin şəxslərə vaxtilə pensiyalar hesablanarkən səriştəsizlik nəticəsində belə alınıb. Bu məqamlar həm araşdırmalar həm də vətəndaşların şikayəti nəticəsində aşkarlanıb. Lakin şikayətlərin sayı dediyiniz kimi 50 min yox 6 minə yaxındır.

- Bir çox hallarda müraciətlər olmadan qüsurlar aşkarlanıb.Vətəndaşın xəbəri olmadan qanunla müəyyən edilmiş hallara uyğun olaraq əskik hesablanmış pensiyaları yüksəldirik.  Bir çox hallarda bu nədən nə baş verib?

- Pensiya qanunnvericiliyi həddən artıq mürəkkəbdir və pensiya nın hesablanması mürəkkəb mexanizmdr xüsusi şərtlərlə pensiya təyinatı isə böyük diqqət tələb edir. Hesablayan mütəxəssis peşəkar deyilsə bu kimi problemlərə yol açıla bilirVətəndaş üçün hesablanmış social sığorta haqqı onun pensiya kartlarında nəzərə alınmayıb.Bu ona görə olub ki, vətəndaşın işlədiyi müəsssə sosial sığorta haqqında məlumatları fonda düzgün təqdim etməyib. Həmin məsələlər araşdırılır, hesabatlar alınır, sosial sığorta kapitallarının yenidən bölüşdürülməsi aparılır və pensiyanın həddi yenidən müəyyən olunur.12 min nəfərə yaxın münasibətdə bu ilin illik pensiya məbləğində 8,9 milyondan çox illik pensiya məbləğinin artırılması nəzərdə tutlur. Əvvəlki dövlərlə birlikdə 14 milyon manat vətəndaşlara ödəniləcək.

- Hansı şəkildə ödəniləcək?

-Hissə hissə ödəniləcək, aylıq pensiya məbləğinə əlavə ediləcək. Əmək pensiyaları haqqında qanuna əsasən, keçmiş dövrə görə fərq məbləği keçmiş dövrdəki ayların sayına bölünür və bu qaydada ödənilir. Eyni qaydada lazım olduğundan əlavə alınan pensiyalar da hissə- hissə kəsiləcək.

- Bir insanın pensiyası uzun müddət əskik verilibsə və o bu günlərdə vəfat edibsə necə olacaq?

- Pensioner rəhmətə gedibsə, bu məbləğ hissə- hissə onun varislərinə ödənilir.

İlhamə Rəsulova

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »