Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden və Putin Bakıda görüşə bilər
Co Bayden, Vladimir Putin

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Baydenin görüşü Azərbaycanda baş tuta bilər.

Bizimyol.info TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Politico” nəşri məlumat verib.

Birləşmiş Ştatların sabiq rəsmiləri və ekspertlər mümkün görüş yerləri kimi İsveçrə, Finlandiya, Avstriya və Azərbaycanın adını çəkiblər. Ekspertlərin fikrincə, prezidentlərin görüşü paytaxt Reykyavik, Praqa, Lyublyan və Bakıda keçirilə bilər.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken Vladimir Putin və Co Bayden arasındakı mümkün görüşün hər iki ölkəyə fayda gətirəcəyini söyləyib.

Nəşr onu da qeyd edib ki, sammitin keçiriləcəyi yer kimi Bakını seçmək qeyri-ənənəvi bir qərar olardı.

Qəzet yazır ki, Baydenin Azərbaycan paytaxtına getmə ehtimalı azdır: "Ekspertlər bunu Ermənistan və erməni əsilli amerikalıların mənfi reaksiyasına səbəb ola biləcəyi ilə əsaslandırıblar".

Paylaş »
››› Tovuza növbəti hücumun pərdəarxası: Rusiya Koçaryanı Qarabağda “prezident” etmək istəyir
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› Ermənistanın hücum cəhdi: Rusiya yeni münaqişə ocağı yaratmaq istəyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› Azərbaycanlı prodüser iş yerində ölüb
››› PKK-nı bitirmək planı: "Azərbaycan Türkiyəyə dəstək verəcək"
Son xəbərlər
Bütün xəbərlər »