Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliya pilotları Estoniya hava məkanında "F-35"lərlə patrul xidmətinə başlayıblar
F-35

Emari hava bazasında Estoniya hava məkanının qorunması tapşırığının Almaniya Hərbi Hava Qüvvələrinin (HHQ) pilotlarından italyan pilotlarına ötürülməsi mərasimi baş tutub.

Bizimyol.info xəbər verir ki, KİV-in verdiyi məlumata görə, Baltikyanı ölkələrdə hava polisi missiyası tarixində ilk dəfə olaraq beşinci nəsil qırıcı təyyarələrinin xidmətindən istifadə ediləcək.

Estoniyanın Müdafiə naziri Kalle Laanet və Müdafiə Qüvvələri komandanı, general-leytenant Martin Herem də almaniyalı pilotlara təşəkkürlərini bildirib və dörd ay ölkədə qalacaq italyan pilotları salamlayıblar. Bundan başqa, Amaridə nazir K. Laanet ilə İtaliyanın müdafiə nazirinin müavini Corcio Mule arasında ikitərəfli görüş baş tutub.

Estoniyanın hava məkanının müdafiəsinin təşkilini Amendola hava bazasını təmsil edən İtaliya HHQ-nin 13-cü aviaqrupunun pilotları (13 Gruppo − Nucleo Tattiche) həyata keçirəcək. Onların vəzifələrinə gecə-gündüzlü növbə, uçan aparatların müəyyənləşdirilməsi məqsədilə onların ələ keçirilməsi və təlim uçuşları daxildir.

Qeyd edilib ki, beşinci nəsil F-35 qırıcıları bəşəriyyət tarixində ən bahalı silahların inkişafı üzrə proqramının məhsuludur. Bu çoxfunksiyalı təyyarələr hava hədəflərini tutmaq, kəşfiyyat tapşırıqları yerinə yetirmək və yerüstü hədəflərə zərbə endirmək qabiliyyətinə malikdir.

İtalyan pilotlar buna qədər 2018-ci ildə Estoniya səmasında növbə çəkiblər.

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
››› İyunun 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »