Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
Bayram Məmmədov

Azərbaycanda media və sosial şəbəkələrdə gündəmin əsas mövzularından biri ictimai fəal Bayram Məmmədovun Türkiyədə ölümüdür. Bu xəbər ətrafında müzakirələr davam edir. Səbəblər arasında Bayram Məmmədovun intihar etməsi, qəsdən öldürülməsi və ehtiyatsızlıq nəticəsində suya düşüb boğulması kimi versiyalar səslənir.

Bizimyol.info xəbər verir ki, İstanbulun Kadıköy Polis İdarəsi Bayram Məmmədovun ölümüylə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə mayın 2-də günorta saat 15:00 radələrində baş verib: “Ərazidə aparılan araşdırmalar və şahidlərin dediyinə əsasən, təxminən 25-30 yaşlarında oğlanın başmaqları dənizə düşüb. O, başmaqlarını çıxarmaq üçün dənizə girib. Bir qədər çırpındıqdan sonra gözdən itib. Hadisə yerinə Sahil Mühafizə Xidmətinin əməkdaşları göndərilib. Güvənlik Xidmətinin əməkdaşları onun meyitini Haydarpaşa dayanacağına çıxarıb”.

Məlumatda o da qeyd olunur ki, olay barədə prokurorluğa da dərhal informasiya verilib. Bayram Məmmədov dənizdən çıxarılandan xəstəxanaya aparıldığına görə prokurorluq əməkdaşları da dərhal xəstəxanaya sorğu göndərib, meyiti tapılan şəxsin kimlinin araşdırılması istiqamətində araşdırmalar başlayıb.

Mayın 4-də Bayram Məmmədovun dostları ondan iki gündür xəbər ala bilmədiklərinə görə polisə müraciət edib. Polis idarəsində onlara meyitin fotosu göstərilib: “Fotoya baxan şəxs onun 1995-ci il təvəllüdlü Bayram Məmmədov olduğunu söyləyib”.

İstanbul hüquq-mühafizə orqanları meyitin ancaq birinci dərəcəli qohumlarına təhvil veriləcəyini bildirib. Bu üzdən atası Fərman Məmmədov təcili Türkiyəyə gedəcək.

Fərman Məmmədov deyir ki, oğlu ilə sonuncu dəfə mayın 1-də telefonla danışıb. Həmin danışıqda oğlu deyib ki, təxminən bir həftəyə Bakıya gələcək.

Bayram Məmmədov Böyük Britaniyada ali təhsilini davam etdirmək imkanı qazanmışdı. Onun Türkiyədə də təhsillə bağlı hazırlıq keçdiyi bildirilir.

Azərbaycan Xarici İşlər Nazirliyi Bayram Məmmədovun nəşinin Azərbaycana gətirilməsi ilə bağlı araşdırma aparıldığını açıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Mikroskop”a bu barədə açıqlama verərək bildirib ki, hadisədən xəbərdardır, amma nəşin ölkəyə nə vaxt gətiriləcəyi məlum deyil: “Bu, elə bir məsələdir ki, hazırda heç nə deyə bilməyəcəm. Çünki araşdırılmalı, yerli qurumlarla əlaqə saxlanılmalıdır. Nəşi dənizdən tapıldığı üçün cinayət elementləri varsa, araşdırılmalıdır. Bütün bu prosedur xarakterli məsələlər, təbii ki, tərəfimizdən ilk növbədə səfirliklə əlaqə yaradılıb öyrəniləcək. Daha sonra məlumat veriləcək”.

Bayram Məmmədov 2016-cı ildə narkotik ittihamıyla həbs edilmiş, ona 10 il azadlıqdan məhrumetmə cəzası kəsilmişdi. Lakin o, ittihamın saxta olduğunu, ona böhtan atıldığını bildirirdi. Prezident İlham Əliyevin 2019-cu ilin martında imzaladığı əfv sərəncamıyla azadlığa buraxılan Bayram Məmmədovu “Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı “vicdan məhbusu” elan etmişdi. Ötən il Avropa Məhkəməsi də Bayram Məmmədovun haqsız həbs olunduğunu bildirən qərar qəbul etmişdi.

Paylaş »
››› Polis “Mehdi əz-Zaman”ı həbs etdi - Video
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› Koronavirusa yoluxan və ölənlərin sayı kəskin azalıb: Virus dəyişibmi...
››› Azərbaycanda Türkiyə hərbi bazası Rusiyanı qorxutdu, Kreml təhdid etdi
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› Qarabağ qazisi: "Əlillik pensiyamı kəsiblər, nə yeməliyəm, hava ilə dolanmalıyam?!"
Son xəbərlər
Bütün xəbərlər »