Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkəyə idxal edilən tütün məmulatlarının aksiz dərəcəsi artırılıb
Nazirlər Kabineti

Bu gündən ölkəyə idxal edilən tütün məmulatlarının aksiz dərəcəsi artırılıb.

APA-nın xəbərinə görə, Nazirlər Kabinetinin 5 aprel 2021-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərara edilən dəyişikliyə əsasən, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlərin 1 kq-ı üçün 30 manat aksiz vergisi tətbiq olunacaq.

Eyni zamanda, həmin qərara görə, ölkəyə idxal edilən, tərkibində tütün olan siqaretlərin və tərkibində tütün siqarillaların 1000 ədədi üçün 43 manat aksiz vergisi müəyyən edilib. Əvvəl bu vergi 39 manat təşkil edirdi.

Həmçinin, ölkəyə idxal edilən elektron siqaretlər üçün mayenin 1 litri üçün 100 manat aksiz vergisi tətbiq olunacaq. Əvvəl bu rəqəm 20 manat idi.

Eyni zamanda qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarına da aksiz vergisi tətbiq olunacaq. Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədi üçün 12,9 manat aksiz vergisi müəyyənləşib.

Qərar bu gündən qüvvəyə minib.

Paylaş »
››› Ağdamın mina xəritəsinin yanlış çıxması ilə bağlı məlumata aydınlıq gətirilib
››› Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
››› Gənc müəllim özünü asaraq öldürüb
››› Ukraynada separatçılar tankları təmas xəttinə yığır
››› Bu gün Ermənistanda seçki keçirlir: Məğlub ölkə yeni böhran qarşısında...
››› Prezidentin təsdiqlədiyi qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur
››› Kür çayında 29 yaşlı qadın batıb
Son xəbərlər
Bütün xəbərlər »