Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə mətbuatı Bayramın ölümündən yazdı
Bayram Məmmədov

Türkiyə mətbuatı da İstanbulda vəfat edən NİDA-çı gənc Bayram Məmmədovun ölüm hadisəsindən yazıb.

"Qafqazinfo" xəbər verir ki, "Sabah" nəşrinin yaydığı məlumata görə, hadisə İstanbulun Kadıköy rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, 25 yaşlı ictimai fəal dənizə düşən başmaqlarını götürmək üçün suya enən zaman boğulub. Məlumatda mərhumun üzə bilməməsi də qeyd olunub.

Hadisə mayın 2-də baş verib. Qeyd olunub ki, xilasetmə işləri aparan əməkdaşlar onun cansız cəsədini Haydarpaşa ərazisində tapıb. Azərbaycanlı gəncin ölümündən sonra Kadıköy rayon polis şöbəsinə gələn Bayramın dostu onun iki gündür itkin düşdüyünü bildirib. Polisin göstərdiyi fotodan itkin düşən şəxsin Bayram olduğu təsdiqlənib.

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› İki övladı olan şəhidin ailəsi Bakıda yeni ikiotaqlı mənzillə təmin edilib
››› Nazir müavini əlilliyin hansı hallarda ömürlük müəyyən olunacağını açıqlayıb
››› “Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər” – Qərb mətbuatı
››› Rusiyada təyyarə qəzası: ölənlər və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »