Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əli Əsədov: “Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı üçün böyük potensial var”
Əli Əsədov

“Gürcüstan və Azərbaycan arasında hər zaman dostluq və mehriban qonşuluq münasibətləri olub”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov gürcü həmkarı İrakli Qaribaşvili ilə görüşdə deyib.

O, Azərbaycanın Gürcüstanla əlaqələrə böyük əhəmiyyət verdiyini bildirib: “Müstəqillik əldə ediləndən sonra bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Gürcüstanda yaşayan azərbaycanlı və Azərbaycanda yaşayan gürcü icmaları ölkələrimiz arasında münasibətlərin inkişafına böyük töhfə verirlər”.

Ə.Əsədovun sözlərinə görə, Gürcüstan və Azərbaycanın birgə həyata keçirdiyi layihələr yalnız iki ölkə üçün deyil, regional və beynəxalq baxımdan da böyük əhəmiyyət kəsb edir: “Azərbaycan Gürcüstanla birgə layihələr, siyasi, iqtisadi, ticari, mədəni-humanitar sahələrdə ikitərəfli əlaqələrə böyük önəm verir. Müxtəlif sahələrdə - kommunikasiya, kənd təsərrüfatı, təhsil, elm, səhiyyə və digər sahələrdə münasibətlərin inkişafı üçün böyük potensial mövcuddur. Əminəm ki, sizin səfəriniz ikitərəfli əlaqələrimizin gələcək dinamik inkişafında böyük rol oynayacaq”.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
››› 15 erməni Ermənistana təhvil verilib
››› Şəkərli diabet və skleroz xəstələrinin reyestri yaradılacaq
Son xəbərlər
Bütün xəbərlər »