Xarici işlər naziri Ceyhun Bayramov Bakıda rəsmi səfərdə olan gürcüstanlı həmkarı David Zalkaliani ilə Gürcüstan-Azərbaycan dövlət sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı müzakirə aparıb.
APA-nın xəbərinə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüş zamanı komissiyanın pandemiya səbəbi ilə fasilə verilən işinin davam etdirilməsinin mümkünlüyü qeyd olunub.