Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
Uğur Şahin, Özləm Türeci

ABŞ-ın “Pfizer” əczaçılıq şirkəti ilə birlikdə koronavirusa qarşı hazırda ən effektiv vaksin olan “Pfizer BioNTech” vaksinini işləyib hazırlayan alman şirkəti “BioNTech” texnologiya şirkətinin qurucusu, türk professor Uğur Şahin pandemiyanın nə vaxta qədər davam edəcəyinə dair öz proqnozlarını açıqlayıb.

Virtualaz.org xəbər verir ki, “The Wall Street Journal” tərəfindən təşkil edilən online konfransda çıxışı zamanı professor pandemiyanın 2022-ci ilin ortalarına qədər davam edəcəyini deyib.

“Pandemiyanın bitməsi üçün dünya miqyasında peyvəndləmə səviyyəsi yüksək olmalıdır. Əks halda heç kim təhlükəsiz şəraitdə hiss edə bilməyəcək. Dünya miqyasında “sürü immuniteti” yaranmaya qədər pandemiya davam edəcək. 2022-ci ilin ortalarına qədər Hindistan kimi əhalisi çox olan ölkələrdə belə yüksək peyvəndləmə səviyyəsinə çatmaq mümkün olacaq və kütləvi immunitet əldə olunacaq”,-Uğur Şahin bildirib.

O, hesab edir ki, qarşıdakı 12 ay ərzində inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrdə də peyvəndləmə səviyyəsinin artacağını gözləyir. Amma bunun üçün mövcud vaksin istehsalı potensialını genişləndirmək, yeni istehsal müəssisələri qurmaq lazımdır.

“Nə qədər çox insana vaksin vurulsa o qədər yaxşıdır. Mümkün olan qədər çox insana vaksin vurulması lazımdır”,-Şahin deyib.

Uğur Şahin “BioNTech” şirkətini həyat yoldaşı Özlem Türeci ilə birlikdə qurub. Onun şirkəti “Pfizer”lə birgə araşdırmalar nəticəsində “Pfizer” vaksinini işləyib hazırlayıb. Hazırda “Pfizer” koronavirusa qarşı ən effektiv vaksindir, effektivliyi 98 faizə yaxındır. Bu vaksin sayəsində “BioNTech” şirkətinin səhmləri 900 faizdən çox artıb, hazırda bazar dəyəri 6 milyard dollardan çoxdur. Şirkətin vaksin satışından 11.5 milyard dollar qazanacağı gözlənilir.

Paylaş »
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Polis “Mehdi əz-Zaman”ı həbs etdi - Video
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Türkiyənin yeni PUA-sı sınaqdan keçirildi - Video
››› Britaniya şirkəti Qarabağda maraqlı layihə planlaşdırır
Son xəbərlər
Bütün xəbərlər »