Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
Manat - Maaş

Milli Məclisin 4 may tarixində keçirilən iclasında deputat Qüdrət Həsənquliyev vətəndaşların hansısa sənəd üçün müraciət etdikdə onlardan tələb edilən rüsum məsələsini gündəmə gətirib. O bildirib ki, Azərbaycanın vətəndaşları dövlətin idarəetmə xərclərini vergilərlə öz üzərinə götürüb və bu formada vətəndaşlardan təkrar pul yığılmasına son qoyulmalıdır.

Deputat təklif edib ki, vətəndaş üzrsüz səbəbdən vəsiqə alırsa, yəni özü itiribsə, xarab edibsə, onda rüsum ödəsin, lakin dəyişdirilməsinin vaxtı çatıbsa, ondan pul tələb edilməsin.

Qüdrət Həsənquliyev Qüdrət Həsənquliyev

İqtisadçı Natiq Cəfərli Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Azərbaycanda bu məsələlər dolayı vergiləndirmə sistemidir. Onun sözlərinə görə, təhsil haqqı, gömrük rüsumu, sərhəddən məhsul keçirdərkən dərhal əlavə dəyər vergisinin alınması da bir başa dolayı vergiləndirmədir.

“Birbaşa şəxsin gəlirlərinə hesablanmış vergi sistemi qurulmadığı üçün Azərbaycanda qeyri-rəsmi olaraq dolası vergiləndirmə sistemi yaranıb. Bunun tərkib hissəsindən biri də sənədlərlə bağlı məsələlərdir. Rüsumun ödənilməsi də məhz buna bağlıdır. Burada ən vacib məqamlardan biri odur ki, dövlət hansısa bir xidməti göstərirsə, bundan qazanc əldə etməyi düşünməməlidir. Əvvəlcə hansısa sənədin maya dəyəri hesablanmalıdır. Məsələn, şəxsiyyət vəsiqəsinin, pasportun və s. Əgər o, maya dəyərindən qat-qat artıq qiymətə satılırsa, burada dövlət vətəndaşdan əlavə gəlir götürmə haqqında düşünməməlidir”.

İqtisadçı vurğulayıb ki, heç olmasa hanısa xidmət haqqını götürsünlər, maya dəyərinə hesablanmış qaydalar olsun.

“Hansısa arayışı vermək üçün dövlət orqanı tərəsindən güc sərf olunmur. Kompüterdən çıxarışlar verilir və bunun əvəzinə rüsum alınır. Bu məsələ ciddi müzakirə olunmalı və yenidən baxılmalıdır. Dövlət qurumları bundan qazanc mənbəyi kimi yox, heç olmasa öz xərclərinin ödənilməsi kimi rüsum siyasəti aparsaydılar anlamaq olardı. Amma görünən odur ki, xarici pasportun maya dəyərinin neçəyə başa gəlməsi haqqında indiyə kimi dövlət qurumlarından normal açıqlama olmayıb. Lakin xarici pasportu 40 manata satırlar. Hətta tez almaq istədikdə 150 manat tələb edirlər. Bird aha qeyd edirəm ki, bu dolayı vergiləndirmə sistemidir. Bu illər ərzində ölkədə normal vergi sistemi otuzdurulmayıb”.

Leyla Mirzə

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› İki övladı olan şəhidin ailəsi Bakıda yeni ikiotaqlı mənzillə təmin edilib
››› “Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər” – Qərb mətbuatı
››› Melikyan “Şuşa Bəyannaməsi” barədə: “Rusların Qarabağda uzun müddət qalması şübhəli görünür”
››› Qarabağ münaqişəsini kimlər yenidən başlatmaq istəyir?..
››› Rusiyada təyyarə qəzası: ölənlər və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »