Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ötən illərdə düzgün hesablanmayan pensiyalara əlavələr ödəniləcək
Manat - Maaş

Artım keçən il və bu ilin ilk rübündə 12 809 şəxsi əhatə edib.

Bizimyol.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Dövlət Sosial Müdafiə Fondu ötən illərdə təyin olunmuş pensiyaların məbləğlərinin qanunvericiliyin tələblərinə uyğunluğunun araşdırılmasını davam etdirir.

Araşdırmalar nəticəsində 12809 şəxsin pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablandığı müəyyən edilib. Beləliklə, sosial ədalətin təmin edilməsi məqsədilə həmin şəxslərin pensiya məbləğləri qanunauyğun şəkildə yenidən hesablanaraq artırılıb.

Artımlar onlara pensiya hüquqlarının yarandığı tarixdən və ya qanunvericiliyin tələbinə uyğun hallarda əvvəlki üç il üçün hesablanaraq verilib.

Həmin artımların təmin edilməsi üçün əlavə olaraq illik 8 milyon manat vəsait ayrılıb. Bundan başqa, keçmiş dövr üzrə ödənilməli olan 14,5 milyon manat fərq hesablanaraq aylıq pensiya məbləğlərinin üzərinə əlavə edilməklə hissə-hissə ödənilir.

Beləliklə, həmin şəxslərə pensiya ödənişi müddətində əlavə olaraq 80 milyon manatdan çox vəsait ödənəcək.

Hazırda da bu tipli araşdırmalar davam etdirilir.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »