Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq

“May ayının ilk 10 günlüyündə Rusiya Xarici İşlər naziri Lavrovun Ermənistana və Azəebaycana səfərləri nəzərdə tutulub. Bu səfərlər çərçivəsində, 10 noyabr və 11 yanvarda imzalanan üç tərəfli bəyanatlarda qeyd olunan bəzi məsələlərin icrası ilə bağlı müzakirələr aparılacaq.

10 noyabrda imzalanmış müqavilənin yubadılan şərtlərinin icrası, 11 yanvar bəyanatının şərtlərinin yerinə yetirilməsi yəni, tərəflər arasında kommunikasiyaların yenidən qurulması məsələsinin müzakirə olunması gözləniləndi”.

Bu fikirləri Bizimyol.info-ya açıqlaması zamanı politoloq Samir Hümbətov bildirib. Onun sözlərinə görə, Lavrovun səfəri öncəsi məhz üç erməni hərbçinin təhvil verilməsi də, al-ver preqmenti kimi nəzərdə tutulub.

Samir Hümbətov Samir Hümbətov

“Hesab edirəm ki, Azərbaycanın Ermənistandan dolayısı ilə də Rusiyadan mina xəritələrinin verilməsi ilə bağlı tələbi var. Şübhə yoxdur ki, həmin mina xəritəsi rus sülhməramlı kontingentin də əlində var. Çünki son aylara baxdıqda görürük ki, ən çox minadan zərər çəkən Azərbaycan hərbçiləri və mülki vətəndaşlarıdır. Çox qəribə haldır ki, erməni hərbçiləri, vətəndaşları və rus sülhməramlı qüvvələrinin burada minadan zərər çəkməsi çox az hallarda baş verib.

Üç terrorçunun Ermənistana qaytarılması heç də o demək deyil ki, 10 noyabrdan sonra Azərbaycan sərhəddini pozmuş bütün terrorçuların qaytarılması nəzərdə tutulur. Onlar bizim əlimizdədir və lazım olan məqsədlər üçün istifadə etmək mümkündür. Yalnız Azərbaycanın şərtləri yerinə yetirildiyi təqdirdə onların Ermənistana qaytarılması prosesi baş verə bilər. Əks halda onların Azərbaycan qanunları ilə mühakimə olunması mütləqdir. Çünki onlar atəşkəs bəyanatından sonra sərhədləri pozublar”.

Politoloq onuda vurğulayıb ki, Qazağın 7 kəndinin qaytarılması məsələsi var və bu müqavilədə də əvvəl nəzərdə tutulmuşdu, lakin sonradan biraz qapalı saxlanıldı.

“Bu məsələləri də Azərbaycan gündəmdə saxlayır və müzakirə olunası mövzulardır. Eyni zamanda Şuşaya atılan İsgəndər M raketi barədə daha dolğun, etibarlı bir arqument ortaya qoyulmaması da Azərbaycanı narahat edən məsələlərdir. Üç erməni hərbçisinin sülhməramlıların əli ilə Ermənistana qaytarılması onu göstərir ki, Lavrovun Bakıya səfəri zamanı bu məsələlər müzakirə olunacaq”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »