Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
IATA: Dünyada hava ilə yük daşımaları rekord həddə çatıb
Təyyarə

Hava nəqliyyatı ilə yük daşımalarının həcmi 2021-ci ilin mart ayında 2019-cu ilin mart ayına nisbətən 4,4% artıb, bu göstərici mütləq rekord həddinə çatıb.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) press-relizində deyilir.

“Dünyada hava ilə yük daşımaları mart ayında müşahidələr tarixinin ən yüksək göstəricisinə çatıb. Hərçənd artım fevral ayına nisbətən mülayim şəkildə azalıb”, - məlumatda deyilir.

Fevral ayında böhrandan əvvəlki səviyyəyə (iki il əvvəl eyni ayla müqayisədə) nisbətən artım 9,2% təşkil edib. Üstəlik, 2021-ci ilin martını 2020-ci ilin martı ilə müqayisə etsək, hava nəqliyyatı ilə yük daşımalarına tələbat 22,1% artıb.

Assosiasiyanın məlumatına görə, 2019-cu ilin mart ayı ilə müqayisədə göstəricidə ən böyük artım Afrikada (23,1%), Şimali Amerikada (17,5%), Yaxın Şərqdə (9,1%) qeydə alınıb. Avropada 0,9%-lik artım müşahidə olunubsa, Asiya-Sakit okean bölgəsində 2,9%-lik azalma qeydə alınıb. Latın Amerikasında isə azalma 21,4% həcmində olub.

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
Son xəbərlər
Bütün xəbərlər »