Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müğənni Aslan Hüseynov Gəncədə dəfn olunub
Aslan Hüseynov

Bu gün Bakı-Qazax avtomobil yolunda qəzaya düşərək dünyasını dəyişən Aslan Hüseynov Gəncə şəhərində dəfn olunub.

"Report"un məlumatına görə, mərhum İmamzadə qəbiristanlığında torpağa tapşırılıb.

Dəfndə pandemiya səbəbindən Aslan Hüseynovun yalnı yaxınları iştirak ediblər.

Qeyd edək ki, hadisə bu gün Bakı-Qazax yolunun 60-cı km-də qeydə alınıb.

Belə ki, müğənni A.Hüseynova məxsus BMW markalı avtomobil qarşıda hərəkət edən “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə avtomobilin sürücüsü A.Hüseynov vəfat edib. Hadisə ilə bağlı cinayət işi açılıb.

Xatırladaq ki, 1967-ci il təvəllüdlü Hüseynov Aslan Tofiq oğlunun anası ötən ay vəfat edib. Həmin vaxt müğənni Moskvada olub. A.Hüseynov Bakıya anasının yasında iştirak etmək üçün gəlmişdi.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »