Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: Baş qarışıb dövlət əmlakını özəlləşdirib xaricə satmağa
Deputat: Baş qarışıb dövlət əmlakını özəlləşdirib xaricə satmağa

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib.

Bizimyol.info-nun məlumatına görə, iclasın gündəliyinə 11 məsələ daxil edilib.

“Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev maraqlı fikirlər səsləndirib.

“Biz 2021-ci ilə çatmışıq, lakin azad iqtisadi zonaları yaradılması barədə qanunvericiliyi dünya standartlarına çatdıra bilməmişik.90-cı illərin ortalarında BMT-nin regional məsələlər üzrə bir əməkdaşı var idi, onunla biz tez- tez görüşürdük. Adını unutmuşam Bu adam ölkəmizdə azad ticarət zonasının yaradılması üçün döymədiyi qapı qalmadı. Bu işə start verilmədi. Açıq deyirdi ki, məmurlar ona imkan vermir. Məmurlar yalnız özü üçün düşünürdülər, bu işdən onlara nə xeyir dəyəcəyini soruşurdular. 2021-ci ildir hələ də qanun yoxdur. Baş qarışıb dövlət əmlakını özəlləşdirib xaricə satmağa, torpaqları özəlləşdirib ələ keçirməyə.Bu boyda torpaq zəbt eləmiş məmurlar necə imkan verdilər ki, 30 il torpaqlarımız işğal altında qalsın. Mən anlamıram. Prezidentimizin düzgün qərarları və ordumuzun rəşadəti sayəsində biz torpaqlarımızı azad elədik.İndi o torpaqlardan səmərəli istifadə əsas məsələdir. Dünyada mövcud olan azad iqtisadi zonalar bizim ölkəmizdə yetərli fəaliyyət göstərə bilmir. Xarici mütəxəssislər dəvət etməyi təklif edirəm.Gəlsinlər, lap vətəndaşlıq da verək, bu işlər start götürsün. Biz özümüzünkülərə deyirik, “edəcəm, işi bilirəm” deyirlər, yarıtmırlar. Gəlin özümüz özümüzü aldatmayaq”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »