Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlikdə Kollegiya iclası keçirilib
Nazirlikdə Kollegiya iclası keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2021-ci ilin 1-ci rübünün yekunları və qarşıda duran vəzifələrlə bağlı videokonfrans formatında kollegiya iclası keçirilib.

Bu barədə Bizimyol.info saytına nazirliyin mətbuat xidmətindən məlumat verilib.

İclasda Nazirliyin struktur bölmələrinin rəhbərləri, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri, həmçinin ETSN yanında İctimai Şuranın sədri iştirak edib.

Kollegiya iclasında ölkə başçısı tərəfindən verilən tapşırıqların icrası ilə bağlı həyata keçirilən tədbirlər, “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın III nəşri, Nazirliyin fəaliyyət sahələri üzrə monitorinq işlərinin sistemləşdirilməsi, qənaət tədbirləri, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində görülən və planlaşdırılan işlər barədə məruzəçilərin hesabatları dinlənilib, fikir mübadiləsi aparılıb və görüləcək işlər müəyyənləşdirilib.

Yekunda nazirliyin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının bu vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret tapşırıqlar verilib.

Bizimyol.info

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »