Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xarici İşlər Nazirliyi Meksikaya başsağlığı verdi
Xarici İşlər Nazirliyi Meksikaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Meksikaya başsağlığı verib.

Bizimyol.info xəbər verir ki, bu barədə XİN-in "Twitter" hesabında məlumat verilib.

Başsağlığında deyilir ki, Mexiko şəhərində metro körpüsünün çökməsi ilə bağlı xəbər bizi dərindən kədərləndirdi: "Bu faciəvi qəzada həlak olanların ailələrinə, eyni zamanda, Meksika hökumətinə və xalqına başsağlığı verir və yaralananların hamısının tezliklə sağalmasını diləyirik".

Qeyd edək ki, Mexikoda metro körpüsünün çökməsi nəticəsində 23 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »