ABŞ-ın dövlət katibi Entoni Blinken Ukraynaya ikigünlük səfər edəcək.
Bizimyol.info xəbər verir ki, Blinken mayın 5-6-da Ukraynaya səfəri çərçivəsində Prezident Vladimir Zelenski, Baş naziri Denis Şmıqal və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək. Görüşlərdə regiondakı vəziyyət, ABŞ-Ukrayna münasibətləri, demokratiyanın inkişafı, insan haqları və digər məsələlər müzakirə ediləcək.
Bundan başqa, ABŞ-ın dövlət katibinin Ukraynanın vətəndaş cəmiyyətinin üzvləri ilə görüşü də nəzərdə tutulur.