Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabiq şöbə müdiri TƏBİB sədri Ramin Bayramlını məhkəməyə verib
Ramin Bayramlı

İşdən çıxarılan həkim Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlını məhkəməyə verib.

Bu barədə unikal.org-a Talassemiya və Profilaktika şöbəsinin keçmiş müdiri, həkim-laborant Aysel Erdoğan bildirib. O, qeyd edib ki, qanunsuz olaraq işdən çıxarılıb:

“Milli Hematologiya və Transfuziologiya Mərkəzi nəzdində şöbənin müdiri olmuşam. Heç bir əsas olmadan əmək müqaviləmə xitam verilib. Əmək müqaviləsi olmadan həkim laborant vəzifəsinə təyin ediblər. Bununla da Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov əmək qanunvericiliyini kobud şəkildə pozub. Bununla bağlı Nəsimi rayon Məhkəməsinə müraciət etmişik. İşə hakim Rəşid Səmədovun sədrliyi ilə baxılacaq. İş icraata götürülüb. Ümid edirəm ki, məhkəmə ədalətli qərar çıxaracaq. Özüm ikinci qrup əliləm. 2012-ci ildən etibarən yaradılan strateji laboratoriyada işləyirəm. Ramin Bayramlı köhnə işçiləri çıxararaq, öz layiqsiz kadrlarını bura yerləşdirir”.

Paylaş »
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ter-Petrosyan: “Robert Koçaryanı dövlət maraqlandırmır, o, yalnız Paşinyandan qisas almağa susayıb”
Son xəbərlər
Bütün xəbərlər »