Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Zəngəzurda postlar qurmağa başlayıb - Ermənistan mətbuatı
Zəngəzurdan görüntü (Gorus)

Zəngəzurda atılan hər addım Ermənistanı qıcıqlandırır. Qarabağda ağır məğlubiyyət alan Ermənistan hələ də reallığı qəbul etməyə hazır görünmür. Ermənistan mətbuatı Zəngəzurda baş verənlərə xüsusi həssaslıqla yanaşır. Burada baş verən hər xırda hadisə də hansısa böyük prosesin tərkib hissəsi kimi qəbul edilir. Hökumət nümayəndələri də Azərbaycanın tarixi mahalında çox görünməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, Azərbaycan Ermənistanla arasında demilitasiya bitən ərazilərdə postlar qurmağa başlayıb. Ermənistan mətbuatı mayın 3-də diqqəti bu istiqamətə yönəldib. İddia olunur ki, postlar Gorus rayonunun Tex kəndindən qurulmağa başlanıb. Bu haqda yerli mətbuata kənd icma rəhbəri Nerses Şadunts danışıb. Onun sözlərinə görə, Azərbaycan tərəfi iki gündür işlərə başlayıb.

Ermənistan mətbuatında yazılanların ümumi ruhu belədir ki, postların qurulması doğru deyil. Yerli jurnalistlər bununla razılaşmanın pozulduğunu iddia edir. Yazılarda Ermənistan ordusunun da postlar qurmağa başlaması qeyd olunub. Qarabağdan məğlub çıxmış ölkədə baş verənlərlə bağlı böyük narahatlıq hiss edilir. Şadunts deyib ki, Tex kəndində azərbaycanlı hərbçilərdən 5-10 metr məsafədə post qurmağa hazırlaşırlar.

“Ümumilikdə hər şey əvvəlki kimidir. Atışma yoxdur, düzdür. Amma heç nə barədə narahatlığa dəyməz demək də olmur. Ayıq olmaq lazımdır”.

Tex azərbaycanlıların əsrlər əvvəl məskunlaşdığı kənddir. Əsasının 10-cu əsrdə qoyduğu bildirilir. Yaşayış məntəqəsi Gorus rayon mərkəzindən 21 kilometr məsafədə yerləşir. Kəndin adı fars dilində “kənd, qışlaq” mənalarını verən “dex” sözündən götürülüb. Texin son 7 azərbaycanlı sakini buradan 1926-cı ildə qovulub. Həmin vaxta qədər kənddə yalnız Azərbaycan türkləri yaşayıb. Ermənistan mənbələri indi Texin əhalisinin sayının 2400 nəfəri keçdiyini yazır.

Texdən əvvəl Ərəvus kəndində tərəflərin qarşıdurması yaşanmışdı. Ermənistan tərəfi iddia edirdi ki, bizim hərbçilər yerli çobanın gözünün altını qaraldıblar. Ona qoyunlarını bir az kənarda otarmaq tapşırılıb. Ərəvusun yerli icmasının nümayəndələri hadisədən çox sarsılmışdı. Ermənistan mətbuatında kənddən bir neçə reportaj yer almışdı.

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »