Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dollar satışına qeyri-rəsmi qadağa: Mərkəzi Bank məsuliyyəti öz üzərindən atır
Dollar-Manat, USD-AZN

Milli Məclisin bu gün keçirilən plenar iclası zamanı deputat Əli Məsimli bankların dollar satışına məhdudiyyətlər qoyması məsələsini gündəmə gətirib. O, çıxışı zamanı bildirib ki, bankların dolların satışına məhdudiyyət qoyması ajiotaj yaradır və "qara bazarın"ın yaranmasına gətirib çıxardır.

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Mərkəzi Bank keçən ildən başlayaraq hər bir Azərbaycan vətəndaşının il ərzində 20 min manat ekvivalenti məbləğində dollar ala biləcəyi ilə bağlı qeyri-rəsmi göstəriş verib. Onun sözlərinə görə, bu təqribən 11700-11800 dollar edir.

Natiq Cəfərli Natiq Cəfərli

“Yəni, hər bir Azərbaycan vətandaşı il ərzində bu kvotanı doldurarsa, ona valyuta satılmır. Bu tamimilə qeyri-qanuni yanaşmadır. Bu keçən ilin yanvarından başlayaraq tətbiq olunur. 2020-ci ilin yanvarından 2021-ci ilin yanvar ayına kimi həmin kvotanı dolduran vətəndaşlara belə yeni kvotalar açılmır. Bu da vətəndaşların hüquqlarının pozulmasıdır.

Bundan əlavə olaraq banklar günorta saat 2-dən, yəni nahar fasiləsindən sonra qeyri-rəsmi şəkildə valyuta satışını dayandırırlar. Bunun heç bir məntiqi izahı yoxdur. Heç kim çıxıb izah da etmir ki, nəyə görə belə addım atılır? Mərkəzi Bank məsuliyyəti öz üzərindən atır. Son mətbuat konfransında Mərkəzi Bankın rəhbərliyi bəyan etdi ki, bizim belə bir tapşırığımız yoxdur və hər bir bankın daxili qaydalarına uyğun olaraq belə qərarlar alır. Bu isə tamamilə absurd nəticələrə gətirib çıxarır”.

İqtisadçının sözlərinə görə, kommersiya bankları vətəndaşlardan şəxsi məlumatlar istəyə bilməz.

“Yəni, onların gəlirləri, vergiləri haqqında məlumat istəməyə haqları yoxdur. Bunu yalnız dövlət qurumları hansısa məhkəmə qərarı ilə edə bilər. Bu tamamilə qeyri-qanuni, qeyri-rəsmi qadağadır. Azərbaycanda dollar tapmaq problem deyil. Sadəcə, olaraq rəsmi məzənnədən daha yuxarı məzənnə ilə tapmaq mümkündür. Bu da qara bazarın çiçəklənməsinə səbəb olur. Bundan başqa vətəndaşlar üçün əlavə problemlər yaradır. Məsələn, iyun ayından etibarən sərhədlərin açılması məsələsi gündəmə gəlib və xarici səfərlərin artması gözlənilir. Bu zaman xaricə səfər edən vətandaşlara əlavə valyuta lazım olacaq və bu da əlavə problemlər yaradacaq.

Mərkəzi Bankın belə davranışı qeyri-rəsmi şəkildə dollar satışının mümkün qədər məhdudlaşdırılması xəttini götürüb. Düşünürlər ki, bu yolla dollara olan tələbatı və müəyyən dərəcədə basqıları azalda bilərlər. Bu tamamilə məntiqsiz, iqtisadi qaydalara uyğun olmayan yanaşmadır. İstənilən halda, istənilən şəxs dollar axtarırsa, tapacaq. Sadəcə, olaraq daha baha qiymətə tapacaq, qara bazar çiçəklənəcək. Bunun da məsuliyyəti Mərkəzi Bankın və respublikada fəaliyyət göstərən bankların üzərinə düşür”.

Leyla Mirzə

Paylaş »
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Ter-Petrosyan: “Robert Koçaryanı dövlət maraqlandırmır, o, yalnız Paşinyandan qisas almağa susayıb”
Son xəbərlər
Bütün xəbərlər »