Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əmlak bazarında qanunsuz fəaliyyət: “150 manat dəyəri olan layihəni rəsmi sənəd adına verirlər”
Mənzil - Bina

Əmlak bazarında beş mindən çox rieltor fəaliyyət göstərir. Lakin onların əksəriyyətinin fəaliyyəti qanunsuzdur. Əmlak bazarına nəzər salsaq, görərik ki, hətta rieltorlar qanunsuz, heç bir sənədi olmayan evlərin, torpaq sahələrinin satışı ilə məşğuldurlar. Həmin evləri, torpaq sahələrini alan insanlar isə sonradan çox ciddi problemlərlə üzləşirlər. Təbbi ki, bu problemlər yaşanan zaman həmin rieltorlar kənara çəkilərək məsuliyyəti boyunlarından atırlar. Bu məsələlərin tənzimlənməsi, rieltorların qanun çərçivəsində fəaliyyət göstərməsi üçün hansı addımlar atılmalıdır?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, rieltorların qanuni fəaliyyət göstərməsi üçün ilk öncə qanun layihəsi hazırlanaraq təsdiq olunmalıdır. Onun sözlərinə görə, qanun layihəsi olmadığına görə, hərə öz bildiyi kimi fəaliyyət göstərir.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

“Onların fəaliyyəti ilə bağlı hər hansı qanun layihəsi hazırlanarsa, sırf sertifikat və ya hansısa diplomla təltif olunarlarsa, alıcılar və satıcılarda belə bir fikir fomalaşdırmaq olar ki, siz əmlak alqı-satqısı zamanı peşəkarlara müraciət edin. Peşəkarlara müraciət etmədikdə sənədləşmələrdə çox ciddi problemlərə yol verilə bilər. Bu gün Xırdalan, Binəqədi və s. ərazilərdə fəaliyyət göstərən bir çox rieltorlar var ki, sənədsiz evlərin satışı ilə məşğuldurlar. Satışdan əlavə hansısa memarlıq şirkətinin çəkdiyi layihəni texniki pasport, çıxarış adı ilə vətəndaşa təqdim edirlər. Alıcılar da bilməyərəkdən təxminən 150 manat dəyəri olan layihəni rəsmi sənəd kimi qəbul edərək, həmin evləri alırlar. İstənilən vətəndaşa yaxınlaşıb sənədi soruşduqda hansısa memarlıq şirkətinin çəkdiyi layihəni göstərir ki, bu mənim sənədim, çıxarışımdır. Buna əsas səbəbkar isə bu ərazidə çalışan rieltorlardır. Onlar ya özləri bilmirlər, ya da bilərəkdən vətəndaşı bu cür problemlərlə üzləşdirirlər”.

Ekspertin sözlərinə görə, qanun layihəsi tətbiq olunarsa, nəinki yerli sakinləri, hətta xarici ölkə vətandaşlarını belə ölkəmizə cəlb etmiş olarıq.

“bir neçə il əvvəlki dövrə baxsaq, görərik ki, Azərbaycana Şərq ölkələrindən çox ciddi şəkildə turist axını oldu. Turistlər bir neçə dəfə Azərbaycana gəldikdən sonra onlar çox ciddi rəqəmlərlə yatırımlar etmək istəyirdilər. Lakin peşəkarlığın azlığı ucbatından həmin xarici investorlar ölkəmizdən yan keçdilər. Azərbaycana gələ biləcək pullarla Gürcüstan və Türkiyəyədən əmlak aldılar. Çünki həmin xarici turstləri ölkəyə cəlb edən, danışıqlar apara bilən, qanunlarla bağlı dorğu məlumat verən olmadığı üçün onların böyük hissəsi Azərbaycandan çıxaraq həmin pulları digər ölkələrə yatırdılar”.

Leyla Mirzə

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »