Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat Bakıda parklardan birinə Türkiyə, İsrail və Pakistanın adının verilməsini təklif edib
Fazil Mustafa

“Qarabağda bu çətin şəraitdə böyük fədakarlıq göstərən təhlükəsizlik və sərhəd xidmətlərinin əməyini qeyd etmək istərdim”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, ermənilərin çoxsaylı təxribatları barədə məlumatlar gəlir: “Bu mərhələdə onlar olduqca böyük işlər görür. Baş verənlər göstərir ki, Qarabağda bizim uğurumuz hazırlıqlı insanlardan keçir. Daha bir vacib məsələ odur ki, İkinci Qarabağ savaşında üç dövlət Azərbaycana daha geniş miqyasda dəstək verdi. Azərbaycanda sosial şəbəkə seqmentində bəzən bu dövlətlərə qarşı mənfi fikirlər səslənir. Bizim əsas meyarımız 44 günlük savaşdır. Bu savaşda bizə dəstək verməyənlərə sonrakı mərhələdə güvənə bilmərik”.

Deputat Azərbaycanla dostluğun rəmzi kimi Bakıda parklardan birinə Türkiyə, İsrail və Pakistanın adının verilməsini təklif edib: “Çünki bu, tarixdir, yaddaşdır”.(apa)

Paylaş »
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ter-Petrosyan: “Robert Koçaryanı dövlət maraqlandırmır, o, yalnız Paşinyandan qisas almağa susayıb”
Son xəbərlər
Bütün xəbərlər »